© РИА Новости / Михаил Климентьев
Putin və Ərdoğan İdlibdə atəşkəs barədə razılığa gəliblər
MOSKVA, 5 mart - RİA Novosti: Kremldə Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında altı saatdan çox davam edən danışıqlar başa çatıb.
Görüşün əsas mövzusu İdlib deeskalasiya zonasında vəziyyətin gərginləşməsi olub.
İki lider Suriyada nizamlanma üzrə birgə sənəd razılaşdırıblar, onu iki ölkənin xarici işlər nazirləri təqdim edib.
Sazişə aşağıdakı müddəalar daxildir:
1. 6 mart gecəyarısından başlayaraq mövcud təmas xətti boyunca bütün hərbi əməliyyatlar dayandırılır;
2. Rusiya və Türkiyə Suriyada M4 trassından şimala və cənuba doğru altı kilomet genişliyində təhlükəsizlik dəhlizi yaradırlar;
3. Martın 15-dən Rusiya və Türkiyə M4 trassı boyunca birgə patrul xidmətlərinə başlayır;
Putin əmin olduğunu bildirib ki, əldə olunan razılaşmalar İdlibdə vəziyyətin nizamlanması üçün əsas olacaq.
Danışıqların yekunları ilə bağlı Rusiya lideri qeyd edib ki, Moskva Suriyada baş verənlərlə əlaqədar Ankaranın rəyini hər zaman bölüşmür, lakin kritik məqamlarda tərəflər hər zaman təmas nöqtəsi tapa biliblər.
Hər iki lider razılaşıb ki, terrorizmə qarşı mübarizənin zəifləməsinə yol vermək olmaz və Astana formatı çərçivəsində əməkdaşlığı davam etdirməyə razılıq veriblər.
İdlibdə gərginləşmə
Fevralın 27-də “Həyyat Təhrir əş-Şam” qruplaşması terrorçularının Suriya ordusunun mövqelərinə irimiqyaslı hücuma başlaması ilə İdlib deeskalasiya zonasında vəziyyət pisləşməyə başlayıb. Qoşunlar cavab atəşi açıblar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yaraqlılarla yanaşı ərazidə olmaması gərəkən türkiyəli hərbçilər də atəşə məruz qalıb. Nəticədə 36 türk əsgəri həlak olub, 30-dan çoxu yaralanıb.
Buna cavab olaraq Ankara Suriyanın şimal-qərbində yeni “Bahar qalxanı” hərbi əməliyyatın başlandığını bildirib. --0--
Dünyada
-
Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü xəbərdarlıq edib ki, Türkiyənin Suriyada bütün terrorçuları, o cümlədən "İslam Dövləti" və kürd döyüşçülərini "məğlub etmək" üçün gücü və imkanları var və bütün ölkələri Suriyadan "əllərini çəkməyə" çağırıb.
-
Çərşənbə günü Rusiya Ukraynaya genişmiqyaslı raket zərbələri endirib, bunlardan bəziləri enerji obyektlərinə dəyməklə ölkənin bir neçə bölgəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub, - deyə rəsmi şəxslər bildirib.
-
Ukrayna prezidenti Vladimir Zelenski bazar günü bildirib ki, Rusiyada saxlanılan ukraynalı hərbi əsirlərin qaytarılması qarşılığında Şimali Koreya əsgərlərini Pxenyana təhvil verməyə hazırdır.
-
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə və ya həftələrdə telefon danışığı aparacağı gözlənilir, deyə Trampın yüksək vəzifəli müşaviri bildirib və qeyd edib ki, Rusiya əsgərlərinin Ukrayna ərazisinin hər qarışından çıxarılmasını gözləmək real deyil.
Rəy yaz