
Yayın ilk günlərində hava küləkli olacaq
İyunun 1-2-də Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, arabir saniyədə 23-25 metrə çatacaq. İyunun 2-i axşama doğru küləyin sürəti saniyədə 28 metrə çatacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər. Gündüz havanın temperaturu müsbət 29+34 dərəcə olacaq.
İyunun 1-2-də ölkə rayonlarında leysan yağacaq, şimşək çaxacaq. Kiçik və Böyük Qafqaz dağlarında yağıntı intensiv olacaq, yüksək dağlıq ərazilərdə qar yağacaq.
İyunun 1-2-də bütün ölkə ərazisində güclü qərb küləyi davam edəcək. Güclü yağış çaylarda və sellərdə suyun səviyyəsinin artmasına səbəb olacaq.
Aran rayonlarında havanın temperaturu müsbət 30+35, dağlarda müsbət 16+21 dərəcə olacaq.
Rəy yaz