Açiq mənbələrdən foto.
Yeni qanun layihəsi müsəlman icmalarının qeydiyyatında Qafqaz Müsəlmanları İdarəsinin rolunu məhdudlaşdıracaq
Bakı/01.02.22/Turan: Bu gün Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər layihəsini birinci oxunuşda qəbul edib.
Dəyişikliklər dini icmaların qeydiyyatı, onların rəhbərlərinin təyin edilməsi, həmçinin məscid və ziyarətgah rəhbərlərinin təyin edilməsi, ianələrin qəbulu qaydalarına aiddir.
Prinsipial yeniliklərdən biri müsəlman dini icmalarının qeydiyyatına aiddir. Belə ki, indiyədək Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə icmaların qeydiyyatı barədə təqdimat verib. Bundan sonra Dövlət Komitəsi özü qeydiyyatla bağlı qərarlara baxacaq və onları qəbul edəcək.
Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2022-ci il tarixli bəyanatında bu yenilikləri dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində islahatların davamı kimi qiymətləndirib.
Qafqaz Müsəlmanları İdarəsi dindarları yeni qanunvericilik dəyişikliklərini icra etməyə, cəmiyyəti isə bu mövzuda mümkün spekulyasiyalardan qaçmağa çağırıb.
Praktikada icra hakimiyyəti mütəmadi olaraq din xadimlərinin əlindən bu və ya digər səlahiyyətləri alır. Bu tendensiya artıq bir neçə ildir ki, müşahidə edilir və icra hakimiyyəti bu sahədə proseslərə öz rolunu və təsirini gücləndirir.- 05B-
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz