![Bir daha "Sonsuz dəhliz" filmi ilə bağlı qalmaqal haqqında](https://turan.az/resized/media/2019/main/022500017004-750-500-resize.webp)
- Söz istəyirəm
- 25 Fevral 2019, 13:09
- 254
Bir daha "Sonsuz dəhliz" filmi ilə bağlı qalmaqal haqqında
CBC telekanalı fevralın 25-də "Sonsuz dəhliz" sənədli filmi ilə bağlı məsələyə "aydınlıq" gətirib.
Telekanal Turan agentliyinin telekanalın bu məsələ ilə bağlı fikrini öyrənməməsindən gileylənir və hətta agentliyi yalan xəbərlər nəşr etməkdə ittiham edir.
Bununla əlaqədar telekanal rəhbərliyinə bəzi şeyləri xatırlatmaq istərdik:
Film kanalın proqramına fevralın 23-də yaşanmış qalmaqaldan sonra salınıb. Buna qədər kanal nümayəndəsi TEAS pressə (tərəfdaş təşkilat) bildirib ki, qeyd edilən "nöqsanlar" düzəldilmədən film nümayiş oluna bilməz. Bu zaman qeyd edilib ki, bu, kanalın Rus redaksiyasının mövqeyidir (?)
Telekanal öz bəyanatında iddia edir ki, problem bir neçə kadrda siqaret olması ilə əlaqədar yaranıb və guya yaranmış vəziyyətə yalnız bu səbəb olub.
Amma kanal nümayəndəsinin fevralın 21-də göndərdiyi elektron məktubda 13 bənd göstərilib ki, onların bir hissəsi siyasi xarakter daşıyır. Siqaretdən yalnız iki bənddə söhbət gedir.
CBC-nin cavabında filmin məzmunu və onun qəhrəmanlarının replikaları ilə bağlı açıq-aşkar iradlar var. Telekanalın 366-cı alayın filmdə rus alayı (!) kimi göstərilməsi haqqında qeydi xüsusilə diqqətəlayiqdir. Ona baxmayarag ki, bunu Rusiyalı publisist Yuri Pompeev deyir, və məsuliyyəti Boris Yeltsinin şəxsində keçmiş RF rəhbərliyinin üzərinə qoyur.
Qalan qeydlər senzura xarakteri daşıyır və televiziya tamaşaçılarının "əxlaqının və sağlamlığının" qorunması ilə heç bir əlaqəsi yoxdur.
Bütün bu məqamlar telekanalla elektron yazışmada var, lakin CBC rəhbərliyi onlar barədə heç nə demir.
Kanal rəhbərliyi əvvəlcədən siqaretin nümayişini ciddi problem hesab etsəydi, asanlıqla onun üstünü örtə bilərdi. Amma filmlə bağlı kanalın iradlararı başqa xarakter daşıyır və bunu təkzib etmək qeyri-mümkündür.
Və son olaraq, CBC rəhbərliyi məsuliyyəti öz əməkdaşının üzərinə qoymağa çalışmasaydı, Xocalı faciəsi kimi mühüm mövzuya məsuliyyətli yanaşsaydı, qalmaqal yaranmazdı.
Şübhəsi olanlar üçün telekanalın filmi nümayiş etdirmək xahişinə 21 fevral tarixli cavabını təkrarən dərc edirik. İradların son bəndi xüsusilə diqqətəlayiqdir.
"04:50 Kadrda siqaret.
09:20 Levon Melik-Şahnazaryan erməniləri Azərbaycanlılar tərəfindən törədilmiş qırğının və "1915-ci il soyqırımının" qurbanları kimi qələmə verməyə çalışır.
17:00 Levon Melik-Şahnazaryan Xocalını müdafiə edən Azərbaycan qüvvələrini "banda dəstələri", şəhərin ələ keçirilməsini isə "Xocalının quldur dəstələrindən azad edilməsi əməliyyatı" adlandırır.
28:55 "Bu, ARTIQ RUSİYA ALAYI İDİ", Yuri Pompeev 366-cı motoatıcı alay haqqında belə deyir.
30:20 Yuri Pompeev 366-cı alayın əməllərinə görə məsuliyyəti Boris Yeltsinin üzərinə atır.
33:38 Titrdə "ix" (onları) yerinə "iz" (-dan, -dən) şəklində yazı səhvi.
37:50 Çox xoşagəlməz məqam. Xocalı qaçqınının pulu haraya gizlətdiyi müzakirə olunur. Qadın utanır,cavab vermək istəmir, rus jurnalist israr edir. Məlum olur ki, lifçiyinə gizlədib. Bütün bu dialoq çox uzun çəkir və filmin dramatik ahəngini pozur.
40:26 Arkadi Ter-Tadevosan deyir ki, Xocalı sakinlərini səhvən azərbaycanlılar güllələyiblər, sonradan təqsiri ermənilərin üzərinə atıblar.
42:26 Allahverdi Bağırov titrdə "Ağdam SİLAHLI QÜVVƏLƏRİNİN komandanı" kimi təqdim edilib. Qəribə ifadədir.
42:59 Vitali Balasanyan titrdə "Əskəran SİLAHLI QÜVVƏLƏRİNİN komandanı" kimi təqdim edilib, bir halda ki, o, erməni quldur birləşmələrinin Əskəran dəstəsinin komandiri kimi təqdim edilməli idi.
45:22 Armen İsaqulov titrdə "Dağlıq Qarabağ Dİİ-nin rəisi" kimi təqdim edilib. DQMV deyil, məhz Dağlıq Qarabağ.
47:08 Yenə kadrda siqaret. Bu arada, fraqment çox önəmlidir, belə ki, erməni hüquq müdafiəçisi Xocalı hadisələrini bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırır.
P.S. Aydın məsələdir ki, Melik Şahnazaryanın və Ter-Tadevosyanın üçüncü ölkədən olan müəllifin filmində iştirakı onun hər iki münaqişə tərəfinə tribun vermək cəhdi ilə şərtlənib, amma bunun bəzi tamaşaçılarda ikili təəssürat buraxa biləcəyi ehtimalı var".
-
- Mədəniyyət
- 25 Fevral 2019 13:24
Söz istəyirəm
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 356
Rəy yaz