Açiq mənbələrdən foto.
Bu müharibəni sona çatdırmaq lazımdır, həm də çox tez
Ermənistandan (bəlkə də başqa bir ölkədən) olan oxucunun bu şərhi saytımızdakı məlumatlardan birinin altında yerləşdirilib.
İrəli sürülən təkliflərin müəllifin şəxsi rəyi olub-olmadığını və ya hansısa ictimai qüvvələri təmsil edib-etmədiyini bilmirik.
Təklif olunan planın həyata keçirilməsi o qədər mümkün görünməsə də, bu fikirləri daha geniş müzakirə üçün maraqlı hesab etdik və şərhi ayrı bir material kimi dərc edirik.
Deməli, plan belədir, əziz dostlar.
1-ci mərhələ. Ermənistan 6 rayonu azad edir: Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər. Azərbaycan Şaumyan, Getaşen, Martunaşen, Mardakert və Martuni rayonlarının nəzarət altında olan hissələrini azad edir və DQMV-yə verir. Azərbaycan öz zirehli texnikasının, raket və pilotsuz uçuş aparatlarının 85%-ni 3-cü tərəfə satır, Ermənistan öz zirehli texnikasının 50%-ni 3-cü tərəfə satır (%-i bugünkü saydakı fərqlərin kompensasiyası üçün götürdüm). Ermənistan bu pula DQMV-nin, Azərbaycan isə ona verilmiş 5 rayonun infrastrukturunu bərpa edir. Laçın rayonunun bir hissəsindən eni 35 km.-dən az olmayan Laçın dəhlizi formalaşır və DQMV-nin tərkibinə daxil edilir. Laçın rayonunun ərazisinin qalan hissəsi Azərbaycana verilir. Həyata keçirilmə müddəti 1 ildir.
2-ci mərhələ. Azərbaycanlı qaçqınlar DQMV və ətraf 7 rayona qayıdırlar, ermənilər 5 rayonun Azərbaycan tuttuğu hissələrinə qayıdırlar, ATƏT-in və ATƏT sülhməramlılarının nəzarəti altında Dağlıq Qarabağ Keçid Muxtar Administrasiyası (Fələstin Muxtariyyəti kimi) yaradılır. Həyata keçirilmə müddəti 5-10 ildir.
3-cü mərhələ. Muxtar administrasiyanın statusu ilə bağlı iki variant üzrə ümumi referendum keçirilir: 1. Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti, 2. Ermənistanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti.
Variantların hər birində hər bir tərəf investisiyanın təbliği, mülkiyyət hüquqlarının qorunması, insan hüquqlarının müdafiəsi, multikulturalizm və s. kimi arqumentləri sübut edir. Hər iki millətin nümayəndələri təkcə Ermənistanla Azərbaycan arasında yox, həm də sərvət və yoxsulluq, hüquq və özbaşınalıq arasında seçim edir. Həyata keçirilmə müddəti 1 ildir.
4-cü mərhələ. Referendumun nəticələrinin Ermənistan, Azərbaycan, ATƏT-in və BMT tərəfindən tanınması.
Bütün plan 7 ildən 12 ilədəkdir, əlbəttə ki, bunun üzərində işləmək lazımdır. Hər halda, hər şeyi sülh yolu ilə etmək və buna cəhd göstərmək lazımdır, bir-birinə xoşagəlməz sözlər söyləyib, İnternetdə söyüş yazmaq lazım deyil. Başa düşmək lazımdır ki, hamımız insanıq, müharibə etməkdənsə ticarət aparmaq yaxşıdır.
-
- Kənd təsərrüfatı
- 28 May 2020 10:54
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 230
Rəy yaz