Praqa: sülhə gedən yolda əsas mərhələdir
Azərbaycanla Ermənistan arasında hazırkı sülh prosesi başlayandan tərəflərin əsas məqsədlərindən biri hər bir ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı surətdə tanınması idi. Faktiki olaraq, bu bənd Azərbaycanın qətiyyətlə müdafiə etdiyi beş prinsipdən biridir.
Bu səbəbdən Praqada Azərbaycan prezidentinin, Ermənistan baş nazirinin, Fransa prezidentinin və Avropa Şurası sədrinin görüşünün yekunlarına dair qəbul edilmiş birgə bəyanat əhəmiyyətli sıçrayış və mühüm mərhələ oldu, çünki bəyanatda göstərilir ki, "Ermənistan və Azərbaycan hər iki dövlətin ərazi bütövlüyünü və bir-birinin suverenliyini tanıyan Birləşmiş MillətlərTəşkilatının Nizamnaməsinə və 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını təsdiq ediblər". Azərbaycan və Ermənistanda "bunun sərhədlərin delimitasiyası üzrə komissiyaların işi üçün əsas olacağını və sərhəd komissiyalarının növbəti iclasının oktyabrın sonuna qədər Brüsseldə keçiriləcəyini təsdiqləyiblər".
Azərbaycanla Ermənistan arasında gərginliyin bir neçə həftəsindən sonra bu bəyanat tərəflərin sülhə sadiqliyinin çoxdan gözlənilən əlaməti oldu. Demək olar ki, bir il ərzində Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir. Digər ölkələr mühüm vasitəçilik rolunu oynayıblar, bu da onu göstərir ki, beynəlxalq birlik hesab edir ki, sülh quruculuğu problemlərini aradan qaldırmağın və Ermənistanla Azərbaycan arasında münaqişəni keçmişdə qoymağın vaxtı gəlib çatıb.
Millətlər arasında dostluq insanlar arasında olduğu kimi, sıfır məbləğli bir oyun deyil. Fransa Cənubi Qafqazın hər üç dövlətilə dostluq münasibətlərini saxlayır, necə ki, Azərbaycan bir çox Avropa ölkələrilə dostluq münasibətlərinə malikdir. Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlər mühüm, intensiv və uzun ömürlüdür və onlarAzərbaycanın müstəqillik əldə etdiyi 31 il bundan əvvəl ölkələrimizin liderlərinin şəxsi töhfəsindən faydalanıblar. Bu səbəbdən mən əminəm ki, istənilən anlaşılmazlıq aradan qaldırıla bilər.
Fransa və Azərbaycanda təcrübə, xoş iradə var və mən şübhə etmirəm ki, biz birlikdə müstəqil, suveren Avropa dövlətləri arasında sülh sahəsində əməkdaşlığın ümumi məqsədinə nail olacağıq. Bu, oktyabrın 6-də Praqada Fransa və Azərbaycanın digər 42 ölkə ilə birlikdə işə saldığı Avropa siyasi birliyi tərəfindən nəzərdə tutulub.
Yaşasın Praqa ruhu! Yaşasın Franko-Azərbaycan dostluğu! Qoy, Ermənistanla Azərbaycan arasında tezliklə sülh əldə edilsin!
-
- İqtisadiyyat
- 19 Oktyabr 2022 17:12
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz