Çexiyanın Bakıdakı səfirliyi və ADA Aİ-nin Cənubi Qafqaza və Şərq Tərəfdaşlığına gələcək yanaşması haqqında birgə diskussiya təşkil edib
Çexiyanın Bakıdakı səfirliyi və ADA Aİ-nin Cənubi Qafqaza və Şərq Tərəfdaşlığına gələcək yanaşması haqqında birgə diskussiya təşkil edib
Bakı/20.10.22/Turan: 19 oktyabr 2022-ci il tarixində Çexiya Respublikasının Bakıdakı səfirliyi və ADA Universiteti (Azərbaycan Diplomatik Akademiyası) birlikdə Aİ-nin Cənubi Qafqaza və Şərq Tərəfdaşlığına gələcək yanaşması haqqında panel diskussiya təşkil edib. Tədbir Çexiyanın Aİ Şurasına sədrliyi çərçivəsində ADA-da keçirilib.
ADA-nın prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən müzakirələrdə Çexiya Respublikası nümayəndəliyinin rəhbərinin müavini Daniel Putik, Çexiya Tədqiqat Mərkəzi AMO-nun elmi işçisi Pavel Qavilçek və ADA-nın inkişaf və Diplomatiya İnstitutunun Siyasi Tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damyan Krneviç Mişkoviç iştirak ediblər.
Praqada Avropa Siyasi Birliyinin birinci sammitindən sonra Aİ-nin Cənubi Qafqaz və Azərbaycana qarşı çağırışları və imkanları, Aİ-nin Ukrayna və Moldovaya namizəd statusu verməsindən sonra Şərq Tərəfdaşlığının rolu, Aİ-Azərbaycan münasibətlərinin gələcəyi və Çexiyanın Aİ-yə sədrliyinin rolu ilə bağlı suallar bu qrupda və sonrakı sessiyada sual-cavabların müzakirəsinə səbəb olub.
Çexiya səfirliyinin qonağı Pavel Qavliçek yerli KİV-ə müsahibə verib və səfəri zamanı yerli analitik mərkəzlərin nümayəndələri ilə görüşüb. Bu barədə Çexiya səfirliyi məlumat yayıb.--0--
-
- Söz istəyirəm
- 19 Oktyabr 2022 21:13
-
- Siyasət
- 20 Oktyabr 2022 10:28
Siyasət
-
Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Nərimanov Rayon Məhkəməsinin iqtisadçı və siyastəçi Qubad İbadoğlunun bütün əmlakının üzərinə həbs qoyulması barədə qərardadından verilən şikayəti təmin etməyib.
-
Bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru səlahiyyətlərini müvəqqəti icra edəcəyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
-
ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Rusiya təcavüzünə qarşı daimi hərbi yardım müqabilində Ukraynadan nadir torpaq elementləri və digər məhsulların tədarükü haqqında sövdələşmə bağlamaq istəyərdi, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Nicat İbrahimov barəsində ittiham aktı oxunub. Prokurorun iddiasına görə, İbrahim Bəhman Əliyev adlı bir şəxsə bıçaq xəsarəti yetirib. İbrahim ittihamları təkzib edib və heç kimi bıçaqlamadığını bildirib.
Rəy yaz