Açiq mənbələrdən foto.
ATƏT sərhəddə təhlükəsizliyi qiymətləndirmək üçün Ermənistana missiya göndərir
Bakı/20.10.22/Turan: Ermənistan hökumətinin dəvəti ilə ATƏT 21-27 oktyabr tarixlərində bu ölkəyə ehtiyacların qiymətləndirilməsi üzrə qrup göndərəcək, bu barədə ATƏT-in saytında yer alan press-relizdə deyilir.
Səfərin məqsədi ATƏT mandatı və təcrübəsi əsasında sərhəddə yerləşən bəzi rayonlarda təhlükəsizlik vəziyyətini qiymətləndirməkdir.
Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən rayonlara baş çəkəcək və müvafiq dövlət nümayəndələri və yerli maraqlı tərəflərlə, habelə yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.--02D--
-
- Maliyyə
- 20 Oktyabr 2022 10:35
Siyasət
-
Qazaxıstanın nəqliyyat naziri Marat Karabaev fevralın 4-də keçirilən mətbuat konfransında bildirib ki, AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabat yaxın günlərdə dərc olunacaq.
-
Çərşənbə axşamı Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin reportyoru Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib.
-
Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Nərimanov Rayon Məhkəməsinin iqtisadçı və siyastəçi Qubad İbadoğlunun bütün əmlakının üzərinə həbs qoyulması barədə qərardadından verilən şikayəti təmin etməyib.
-
Bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru səlahiyyətlərini müvəqqəti icra edəcəyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz