Açiq mənbələrdən foto.
RF ordusu Azərbaycanda hitlerçinin büstünü qoruyur
Ötən il, İinci Qarabağ Müharibəsi ərəfəsində Qarabağın Xocavənd şəhərində (keçmiş Martuni) ermənilər Hitler Vermaxtinin əlaltısı, "Türklə mübarizəsiz bir gün olmamalıdır" şüarının müəllifi Qaregin Njdenin (Ter-Arutyunyan) mərmər büstünü qoyublar. Təntənəli açılış mərasimi planlaşdırırdılar, amma müharibə mane oldu. O vaxtdan büst Q.Njde küçəsində, ermənilər tərəfindən dağıdılmış Oktyabr inqilabının abidəsinin yerində durur.
10 noyabr 2020-ci il tarixli Moskva bəyanatından sonra Xocavənd faşist xadiminin büstü də daxil olmaqla, yerli erməni əhalisinin təhlükəsizliyini təmin edən Rusiya ordusunun mühafizəsinə keçdi.
Ermənilər bu büst üzərində iş barədə ötən ilin mayında bildirmişdilər.
Fotoda büst tamamlanmış vəziyyətdədir və indi Xocavəndi “bəzəyir”.
Bu şəhər Rusiya sülhməramlılarının, yəni faşizmə qalib gəlmiş ordunun məsuliyyət zonasında yerləşir. Əgər yerevanda Njde heykəli təhlükəsizliyini Rusiya hərbi bazasının təmin etdiyi Ermənistan paytaxtının mərkəzində dayanırsa, Qarabağda vəziyyət təkrarlanır: faşizm üzərində qələbə qazanmış Qırmızı Ordunun varisləri Azərbaycan ərazisində həmin faşistin büstünü qoruyurlar.
Birinci Dünya Müharibəsindən sonrakı illərdə Qaregin Njde Zəngəzurda 30-dan çox azərbaycanlı kəndinin məhv edilməsinə şəxsən komandanlıq etmişdi, 1920-ci ildə əsir düşmüş 400-ə yaxın Qırmızı Ordu əsirinin güllələnməsi onun vicdanına yazılıb. İkinci Dünya Müharibəsi zamanı Njde sovet arxaya cəbhəyə göndərilməsi üçün Almaniyada erməni faşistl dəstələrini formalaşdırırdı. SMERŞ tərəfindən tutulub və SSRİ-yə qarşı cinayətlərə görə 25 il həbs cəzası alıb. 1955-da Vladimir həbsxanasında ölüb. Çağdaş Ermənistanda milli qəhrəman statusuna yüksəlib.
G. Njde (1886-ci ildə anadan olub) nasizmin erməni variantının ("sexakronizm") ideoloqudur.
Rusiyada faşizmin təbliğatı qanunla qadağan olunub və cəzalandırılır, lakin Ermənistanda və Qarabağda-Azərbaycan ərazisində Rusiya Hitlerin erməni millətindən olan əlaltısının abidələrini qoruyur.
Qaregin Njdenin adı onun qəhrəmanlaşdırılması cəhdləri ilə bağlı Rusiya KİV-də dəfələrlə səslənib.
Belə ki, Armavir (Krasnodar diyarı) Şəhər Dumasının deputatı Aleksey Vinogradov şəhər kilsəsinin həyətində Njdenin şərəfinə xatirə lövhəsini qara rənglə boyayıb.
"Üçüncü reyxlə əməkdaşlıqda ləkələnənlərə abidələrin qoyulması alman-faşist işğalçıları ilə vuruşmuş xalqa təhqirdir. Əgər Qaregin Njde qəhrəmandırsa, o zaman ona xatirə lövhələri qoyanlar kimdir?"- o deyib.-0-
Söz istəyirəm
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
-
Azərbaycan hökümətinin 10 il bundan qabaq başladığı və bu günə qədər yarımçıq qalmış olduqca vacib bir islahatdan qısaca bəhs etmək istəyirəm.
-
Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi.
Rəy yaz