Kanada və ABŞ-ın ATƏT-dəki nümayəndələrinin Əfqan Muxtarlının işi üzrə birgə bəyanatı
Bakı/19.01.18/Туран: ABŞ və Kanadanın Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barəsində hökm haqqında birgə bəyanatı yanvarın 18-də ATƏT-in Vyanada Daimi Şurasına təqdim edilib.
"ATƏT qarşısında fikri ifadə azlığına hörmət öhdəliklərimiz fonunda Kanada və ABŞ yanvarın 12-də Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barəsində çıxarılmış 6 il azadlıqdan məhrumetmə hökmündən narahatlığını bildirir.
Məlumata görə, Muxtarlı mayın 29-da Gürcüstanda oğurlanıb və Azərbaycanda qaçaqmalçılıq və siyasi motivli hesab olunan digər ittihamlarla həbs edilib.
Kanada və ABŞ Azərbaycan hökumətini Muxtarlını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə həbsdə saxlanan bütün şəxsləri azad etməyə çağırır.
Biz Gürcüstanda oğurluq haqqında məlumatın araşdırılmasını diqqətlə izləməyə və Gürcüstanlı həmkarlarımızdan bu məsələdə irəliləyişlər haqqında məlumat istəməyə davam edirik", deyə bəyanatda bildirilir. -02D-
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
Rəy yaz