Явер Джамалов
Azərbaycan MSK məhsullarının ixracını artırır
Bakı/19.01.18/Turan: 2016-cı illə müqayisədə ötən il Azərbaycan müdafiə təyinatlı məhsulların ixracını 2,3 dəfə artırıb. Bu barədə cümə günü ölkənin müdafiə sənayesi naziri Yavər Camalov bu idarədə keçirilən müşavirədə bildirib.
Müdafiə Sənayesi Nazirliyi ölkə silahlı qüvvələrinin sifarişini yerinə yetirməklə yanaşı, 10-dan çox ölkəyə məhsul ixrac edir. İstehsal həcmi 2016-cı il ilə müqayisədə 10% artıb.
Belə ki, ötən il "Yalquzaq" snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub, deyə o bildirib.
2017-ci ildə nazirliyin müəssisələri yeni MSK məhsulu növləri istehsal etməyə davam ediblər.
Xüsusən, 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübə işləri aparılıb.
Yaxın gələcəkdə iki yeni zavodun açılması nəzərdə tutulur.
Hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində 56 müəssisə var, deyə Camalov qeyd edib. -05D06-
-
- İqtisadiyyat
- 19 Yanvar 2018 13:19
Siyasət
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
Rəy yaz