Sumqayıtlı sahibkarlar aclığa başladı
Sumqayıtlı sahibkarlar aclığa başladı
Bakı/16.03.18/Turan: Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar aclıq aksiyasına başlayıb. Yerli icra hakimiyyətinin onlara borclu olduğunu, borcu ödəmədiyini iddia edən 10-dan artıq sahibkar problem çözülməyənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.
Sahibkarlar Turan-a nəql ediblər ki, onları Sumqayıtda abadlaşdırma işlərinə Sumqayıt şəhər İcra Hakimiyyətinin seçdiyi podratçı şirkətin rəhbəri Müqayis Verdiyev və İH-in memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov cəlb edib. Onlar abadlaşdırma işlərini icra hakimiyyəti apardığına görə, onlara olan borcu da elə məhz icra hakimiyyəti ödəməlidir.
"Abadlaşdırma işləri aparılan zaman icra hakimiyyəti podratçı şirkətə ilkin olaraq 4 milyon manata yaxın pul ödəmişdi. Bizə olan borcun bir hissəsi o zaman ödənilmişdi. Qalan əsas hissə də sonra ödənilməli idi. Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi, daha sonra bizim pulu vermədilər", aclıq edən sahibkarlar bildiriblər.
Onlar deyir ki, podratçı şirkətin rəhbəri Müqayis Verdiyev 2015-ci ilin sonunda elə pul haqq hesabına görə, həbs edilib. Aclıq edənlər bu həbsin arxasında da elə Sumqayıt şəhər İcra Hakimiyyətinin, borc məsələsinin dayandığını iddia ediblər.
Pullarını ala bilməyənlər sırasında İsa Qasımov, Eyvaz Abbasov, Məhəmməd Əsgərov, Çingiz Mansurov, Bilal Piriyev, Zöhrab Rzayev və digərləri var.
E.Abbasovun 200 min, M. Əsgərovun 176 min, Ç.Mansurovun 250 min, Z.Rzayevin 264 min manatdan arttıq alacağı var. Sahibkarlara olan borcun ümumi məbləği 1 milyon manatdan çoxdur. Bundan başqa tikinti işlərində çalışmış onlarla fəhlə var ki, onların əmək haqları da verilməyib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin ona 119-min manatdan artıq borcu olduğunu bildirən sahibkar Aydın Abdullayev pullarını ala bilmədiklərini söyləyib.
"Vermirlər, artıq bezmişik. Müraciət etmədiyimiz instansiya qalmayıb, heç bir reaksiya verilmir. Pulumuz yoxdur, dolana, yaşaya bilmirik".
Onun sözlərinə görə, sahibkarlar abadlaşdırma zamanı müxtəlif xidmətlər göstəriblər. Bəziləri üzlük daşları ilə, bəziləri yaşıllaşdırma, bəziləri isə qum, betonla, qazonla icra hakimiyyətini təmin edib.
"İl yarımdır Prezident Adminstrasiyasina gedib, gəlirik. Sumqayıt İcra Hakimiyyətində daha heç qəbul edən də yoxdur bizi. Məcbur olduq aclıq aksiyasına başlayaq. Başqa əlacımız qalmadı.
Sumqayıt İcra Hakimiyyətindən yardım istəmirik, müavinət istəmirik. Halal zəhmət haqqımızı istəyirik", sahibkar bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti sahibkarların aclıq aksiyasına başlamasını şərh etməyib.
Ancaq bir neçə həftə əvvəl İcra Hakimiyyətindən bildrimişdilər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Ancaq icra hakimiyyətinin mətbuat xidmətindən bildirmişdilər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşıyır.
"Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib", - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirmişdi.
Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.--0--
-
- Aktual Reportaj
- 16 Mart 2018 19:09
-
- Cəmiyyət
- 16 Mart 2018 20:26
Cəmiyyət
-
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasından Milli Məclisin noyabrın 25-də keçirilən iclasında da bəhs edilib. Nazirlər Kabinetinin qərarında bu hal artıq ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının başa çatdığını elan etdiyi koronovirus pandemiyası ilə izah olunsa da, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc başqa səbəb göstərib. "Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o vurğulayıb.
-
Çərşənbə axşamı Baş Prokurorluq xaricdəki gəlirlərini gizlədən kənd təsərrüfatı məhsulları ixracçıları barəsində açılan yeni cinayət işləri haqqında məlumat yayıb.
-
Noyabrın 27-də Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir, bu barədə sinoptiklər məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
Rəy yaz