Фото из открытых источников
Şəkidə qəssablar tətil etdi
Bakı/19.07.18/Turan: İki gündür ki, Şəkinin mərkəzi bazarında (Bakıdan 400 km şimal-qərbdə) qəssablar tətil edir.
Səbəb bazar rəhbərliyinin mal-qaranın mütləq xüsusi olaraq ayrılmış yerdə kəsilməsi ilə bağlı yeni qayda tətbiq etməsidir. Bu zaman hər kəsilən heyvan üçün sahibindən 4 manat tələb edirlər.
Qəssablar hesab edirlər ki, ətin qiymətinin bahalaşması tələbatın azalmasına gətirib çıxara bilər və ziyana dönər. İndiyədək bazarda qoyun ətinin bir kiloqramını 7-10 manata, mal ətini 10 manata almaq olurdu.
Yerli sakinlər tətilin ət çatışmazlığına və ətin bahalaşmasına səbəb olacağından ehtiyatlanırlar. Şəhər əhalisi əti əsasən bazardan alır, burada hər gün təxminən 30-40 satış nöqtəsi fəaliyyət göstərir.
Qeyd edək ki, mal-qara kəsimi qaydaları Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən qanunsuz mal-qara kəsimi məntəqələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə keçirdiyi reydlərdən sonra sərtləşib. -06D-
Cəmiyyət
-
Azercell-in korporativ müştəriləri üçün sənəd dövriyyəsi daha rahat, təhlükəsiz və sürətli oldu “Azercell Biznes” korporativ müştərilərinə göstərdiyi xidmətləri rəqəmsallaşdırmağa davam edir. Şirkət eyniadlı tətbiqinin imkanlarını genişləndirərək elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan yeni həlli təqdim edir. Bu funksiya korporativ müştərilərə sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Belə ki, “Azercell Biznes” tətbiqi vasitəsilə sənədləri artıq kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkündür.
-
Çərşənbə günü Bakıda və Abşeronda gecə yağıntı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.
-
İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni “Birinci” tarif paketini təqdim edir.
-
BMT-nin 11-22 noyabrda Bakıda keçiriləcək iqlim konfransı (COP29) ərəfəsində Bakıya Çin istehsalı olan elektrik mühərrikli 160 avtobus gətirilib. Rəsmi məlumata görə, onlar üçün bütün lazımi cihaz və avadanlıqları olan avtobus parkı da yaradılıb. Noyabrın 2-də prezident İlham Əliyev həmin avtobus parkına baxış da keçirib.
Rəy yaz