AXCP funksioneri hədələndiyini deyir
Bakı/30.08.19/Turan: "Avqustun 29-u axşamdan özünü "milli fədailər qrupu" adlandıran qrupun başçısı Fuad Muradov adlı şəxs tərəfindən hədələrə məruz qalıram". Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Nicat Abdullazadə bildirib.
"Bu hədələrə səbəb isə bu şəxsin avqustun 29-u azadlığa çıxan "Azadlıq" qəzetinin jurnalisti Seymur Həzi barədə təhqiramiz statusu olub. Mən də ona ən ümumi şəkildə cavab vermişəm. Bundan sonra telefonumu tapıblar, zəng edərək hədələyir, evimə basqın edəcəyini bildirir", deyə N.Abdullazadə insidentin səbəbi barədə bildirib.
N.Abdullazadə hesab edir ki, bu qrupların belə davranışı müəyyən dairələrin sifarişi ilə baş verir və buna da səbəb siyasi mübarizədə fəal olmasıdır.
N.Abdullazadə bu hədələrlə bağlı atacağı addımlar barədə də danışıb: "Bu gün, yəni avqustun 30-da yaşadığım ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinə müraciət edəcəyəm. Bundan əlavə, elə bu gün Daxili İşlər Nazirliyinə də rəsmi müraciət göndərəcəyəm", deyə AXCP funksioneri bildirib.
Bununla bağlı Bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. -0-
-
- Cəmiyyət
- 30 Avqust 2019 11:23
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz