Arxiv
Hökumətə aprelin 20-dən sonra da karantin rejimini uzatmaq təklif olunub
Bakı/15.04.20/Turan: Azərbaycanda mövcud formada xüsusi karantin rejimi çox güman ki, aprelin 20-dən sonra da uzadılacaq. Ən azından, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbəri Ramin Bayramlı aprelin 15-də keçirilən mətbuat konfransında bildirib ki, bu qurum epidemioloji vəziyyətin təhlilinə əsasən hökumətə karantin rejiminin uzadılması xahişi ilə müraciət edəcək.
Amma o, rejimin nə vaxta qədər uzadılmalı olduğunu dəqiqləşdirməyib.
Bununla birlikdə, Bayramlı qeyd edib ki, gələcəkdə karantin rejimindən çıxış tədricən olacaq. O qeyd edib ki, sosial təcrid məqsədilə müəyyən məhdudiyyətlər ən az il ərzində davam edəcək, belə ki, infeksiya partlayışının təkrarlanması mümkündür.
Epidemioloji qanunauyğunluğa əsasən, peyvənd tapılana qədər ölkə əhalisinin əksəriyyəti bu virusa yoluxa bilər, deyə Bayramlı bildirib.
"Yoluxma hallarının sayının nisbətən azalması təmayülün müsbət istiqamətdə getdiyini göstərir. Amma biz virusa qalib gəlməmişik. Qeyri-müəyyənlik davam edir", deyə öz növbəsində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Bununla belə, o, aprelin 20-dən sonra xaricdən gələn Azərbaycan vətəndaşlarının qəbulunun qismən bərpa ediləcəyini qeyd edib. Karantinə yerləşdirmək üçün infrastrukturun imkanlarına uyğun olaraq, hər həftə təxminən 300-400 nəfər qəbul ediləcək. Bu zaman ilk növbədə Rusiyadan qayıdan Azərbaycan vətəndaşları qəbul ediləcək.
Bu günlərdə onlar üçün Azərbaycan vətəndaşlarının qayıtması qaydalarının və ardıcıllığının izahatı yer alan xüsusi portal yaradılacaq.
Azərbaycanda xüsusi karantin rejimi martın 24-dən qüvvədədir. Aprelin 5-dən 20-nə qədər evdən çıxmaq üçün icazə sistemi tətbiq edilməklə, bu rejim sərtləşdirilib. -06B-
-
- İqtisadiyyat
- 15 Aprel 2020 16:54
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz