Armen Grigoryan
Ermənistan Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi bağlamağa hazırdır - Ermənistan Təhlükəsizlik Şurasının sədri
Bakı/30.07.22/Turan: Ermənistan hökuməti sülh gündəliyini dövlət strategiyası elan edib və onun həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Bu barədə iyulun 30-da Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan "Armenpress"ə bildirib.
Bu işdə Yol xəritəsi - delimitasiya və Azərbaycanla sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması üzrə işlər, habelə regional kommunikasiyaların açılmasıdır, deyə o qeyd edib.
"Biz regional kommunikasiyaların açılmasında çox maraqlıyıq, bu, "Ermənistan yolayrıcı" layihəsinin bir hissəsidir. Əlbəttə, layihənin şərq-qərb hissəsinin konkret marşrutu məsələsi müzakirə oluna bilər, biz heç vaxt yalnız bir variantda israr etməmişik, biz ən effektiv marşrutu tapmalıyıq, çünki "Ermənistan yolayrıcı" layihəsinin funskionallığı və cəzbediciliyi bundan asılıdır", deyə Qriqoryan qeyd edib.
Qarabağın statusu məsələsi necə olacaq, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqmı? Qriqoryan bu suala belə cavab verib:
"Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan MDB-nin yaranması haqqında 1991-ci ildə imzalanmış və ratifikasiya edilmiş müqavilədə bir-birinin ərazi bütövlüyünü və sərhədlərin pozulmazlığını tanıyıblar. Və bu gün bu sənəd həm Ermənistan, həm də Azərbaycan qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də ifadə olunmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur.
Biz dəfələrlə demişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada bizim üçün Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları xüsusi əhəmiyyət kəsb edir".
Bu zaman o, Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişinin imzalanmasını istisna etməyib.
Qarabağ erməniləri üçün hansı təhlükəsizlik zəmanətlərinin olacağı haqqında suala cavabda Qriqoryan deyib ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin iştirakı beynəlxalq zəmanətdir. "Biz bu zəmanətin gücləndirilməsi üzərində işləməliyik, amma Dağlıq Qarabağ probleminin demilitarizasiyası mühüm ideyadır", deyə o əlavə edib.
Erməni əsirlər və humanitar məsələlərin həlli mövzusuna toxunan Qriqoryan qeyd edib ki, son iki ildə Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşən 130 azərbaycanlının meyitini Azərbaycana təhvil verib. "Biz bu məsələdə də fəal əməkdaşlığa hazırıq və Azərbaycandan da eyni yanaşmanı gözləyirik. Birinci Qarabağ müharibəsi dövründən Ermənistan tərəfdən 770-dən çox itkin düşən şəxs var. 44 günlük müharibədə itkin düşənlərimizin sayı 203 nəfərdir".
Qriqoryan Ermənistanın Laçından yan keçən yeni Kornidzor-Tex-M12 yolunun öz ərazisindəki hissəsinin tikintisinə başladığını təsdiq edib. "Tikinti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddətdə tamamlanacaq", deyə o bildirib. 02B
-
- Cəmiyyət
- 30 İyul 2022 13:40
Sual-cavab
-
Dövlət Departamentinin nümayəndəsi, Avropa və Avrasiya məsələləri üzrə Büronun Avropa təhlükəsizliyi və siyasi məsələlər İdarəsinin direktoru Liam Uesli Turan-ın Vaşinqtondakı müxbiri Aleks Raufoğlu ilə müsahibəsində NATO-nun Ukraynanın müdafiəsi ilə bağlı planları haqqında danışıb.
-
Ölkənin ən təcrübəli dövlət və siyasət adamlarından biri Sadettin Tantan Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı
-
Al-Jazeera kanalı Türkiyə bürosunun əməkdaşı Yılmaz Akıncı “Peşimdeki melek” adlı xatirələr kitabının işıq üzü görməsindən sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı
-
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fonduna rəhbərlik edən nüfuzlu ekspert Sabit Bağırov Turan agentliyinə eksklüziv müsahibəsində BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının tərəflərin 29-cu Konfransının (KX29) ev sahibi kimi ölkənin qarşıdakı roluna işıq salır.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:31
- 469
Rəy yaz