Şarl Mişel Əliyev və Paşinyanla üçtərəfli görüşdən sonra açıqlama verib
Bakı/31.08.22/Turan: Çərşənbə günü Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşün yekununda Avropa Şurasının rəhbəri Şarl Mişel bəyanatla çıxış edib.
“May ayında son görüşümüz zamanı razılaşdırıldığı kimi, bu gün mən Azərbaycan prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı qəbul etdim.
Bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələrimiz Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəldilib.
Bizim fikir mübadiləsimiz açıq və məhsuldar keçdi və mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki məsələlərin bütün spektrini nəzərdən keçirdik.
Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliləyişi istiqamətində bir çox addımlar atılıb.
Sülh razılaşması
Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşməyi tapşırdıq.
Humanitar məsələlər
Biz həmçinin humanitar məsələləri, o cümlədən minaların təmizlənməsi, məhbuslar və itkin düşənlərin taleyini ətraflı müzakirə etdik.
Prezident Mişel erməni məhbusların azad edilməsinin Azərbaycan üçün vacibliyini vurğulayıb. Aİ bu məsələlərlə məşğul olmağa davam edəcək.
Sərhəd məsələləri
Biz sərhədlərin delimitasiyası ilə bağlı bütün məsələlərdə irəliləyişi nəzərdən keçirdik və sabit vəziyyətin ən yaxşı formada təmin edilməsi yollarını aradıq.
Biz razılaşdıq ki, sərhəd komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.
Rabitə
Nəqliyyat əlaqələrinin blokdan çıxarılması şərtlərinin müzakirəsinin gedişi ilə tanış olduq.
Bütün bu müzakirələrdə vurğulamaq istərdim ki, hər iki tərəfin əhalisini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir.
İctimai mesajlaşma bu baxımdan həlledici əhəmiyyət kəsb edir - belə incə bir şəraitdə ictimai yerlərdə deyilən hər bir söz qarşı tərəf tərəfindən açıq şəkildə eşidilir və ölçülür.
Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların xalqlarının rifahı naminə daha sürətli iqtisadi inkişafa təkan verməyə davam edəcək.
Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”, - Mişel açıqlamasında bildirib.
Brüsseldəki mənbələrin məlumatına görə, görüş 4 saat davam edib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Sərhədin Delimitasiyası və Təhlükəsizliyi Komissiyasının növbəti iclası da noyabrda Brüsseldə keçiriləcək.
Qeyd edək ki, bu, analoji formatda sayca dördüncü görüş idi. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə keçirilib. -02B-
-
- Siyasət
- 31 Avqust 2022 17:37
-
- Çətin sual
- 31 Avqust 2022 22:09
Siyasət
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
-
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.
-
Noyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara toxunub.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:31
- 269
Rəy yaz