Açiq mənbələrdən foto.
Almaniya Ermənistanda Aİ-nin müşahidə missiyasında iştirakını genişləndirməyi planlaşdırır
Bakı/03.03.23/Turan: Almaniya Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşdirilməsi üçün Ermənistanın sərhəddə yerləşən rayonlarına daha çox müşahidəçi göndərəcək. Bu barədə Almaniya kansleri Olaf Şolts martın 2-də Berlində Ermənistan baş naziri Nikol Paşinyanla görüşün yekunlarına görə bildirib.
Paşinyanla birgə keçirdiyi mətbuat konfransında çıxış edən Şolts Qarabağın status-kvosunun qeyri-sabit, humanitar vəziyyətin isə "həddindən artıq acınacaqlı" olaraq qalmasından narahatlığını bildirib, xəbəri "Deutsche Welle" radiostansiyası yayıb.
Kansler münaqişənin hər iki ölkənin ərazi bütövlüyü və Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə riayət edilməsi əsasında nizamlanması üçün "həyata keçirilməsi mümkün olan həll" tapmağa çağırıb.
Şolts Aİ-nin Dağlıq Qarabağda sərhədi xəttinin arxasında Almaniya federal polisinin zabitinin başçılıq etdiyi müşahidə missiyası ilə "çox qürur duyduğunu" vurğulayıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistanda 2 illik mülki missiyası (EUMA) fevralın 20-də öz işinə başlayıb. Mülki üzvlər istisna olmaqla, missiya üzvlərinin ümumi sayı, təqribən 50 nəfər silahsız müşahidəçi də daxil olmaqla, 100 nəfərə yaxındır.
Ermənistanın sərhəddə yerləşən rayonlarında sabitliyə şərait yaratmaq, Qarabağ münaqişəsindən zərər çəkmiş regionlarda etimadı və təhlükəsizliyi möhkəmləndirmək, habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına şərait yaratmaq məqsədinə xidmət edən missiya 2 il müddətinə nəzərdə tutulub. 02D
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 392
Rəy yaz