![Дмитрий Песков Фото: Игорь Иванко, Коммерсантъ](https://turan.az/resized/media/2023/main/050200061740-750-500-resize.webp)
Дмитрий Песков Фото: Игорь Иванко, Коммерсантъ
Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların alternativi olmadığını bildirib
Bakı/02.05.23/Turan: ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünü şərh edən RF prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib: "Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən kömək alqışa layiqdir. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər də olur, bu, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir".
TASS-ın məlumatına görə, Peskov qeyd edib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yalnız RF ilə üçtərəfli razılaşmalar əsasında kömək xoş qarşılana bilər, onların alternativi yoxdur.
"İki ölkə arasında mövcud olan problemlərin həlli və regionda gərginliyin azalmasına yönəlmiş hansısa birgə tədbirlərin və addımların işlənib hazırlanması Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya şərait yarada biləcək hər hansı başqa hüquqi əsas yoxdur. Müvafiq olaraq, indiyədək bu üçtərəfli sənədlər tamamilə alternativsizdir", deyə Kremlin nümayəndəsi bildirib. 0
-
- Bazarların icmalı
- 2 May 2023 16:46
-
- Siyasət
- 2 May 2023 17:06
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 392
Rəy yaz