Azərbaycan: AŞPA-dakı  uğursuzluğ

Qətnamələrdə Azərbaycan hakimiyyətinə hakimiyyət qolları arasında tarazlığı, məhkəmələrin və prokurorluğun müstəqilliyini təmin etmək, Strasburq Məhkəməsinin qərarlarını yerinə yetirmək, o cümlədən müxalifətçi İlqar Məmmədovu azad etmək, bütün siyasi məhbusları buraxmaq, QHT-lərin, medianın azad fəaliyyəti üçün şərait yaratmaq və s. çağırışlar yer alır.

"Subyektiv mülahizələrə əsaslanan bu cür qərəzli sənədlərin qəbulu, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərə yenidən baxmağa vadar edir", deyə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Son illər ərzində faktiki olaraq ilk dəfə AŞPA divarları arasında bir gündə ardıcıl olaraq Azərbaycan hakimiyyətinin daxili siyasətini pisləyən qərarlar qəbul edilir ki, bu da rəsmi Bakı üçün ikitərəfli münasibətlərdə yeni siyasətin başlanğıcı haqqında əyani işarədir.

Həsənovun bəyanatı göstərir ki, prezident administrasiyasında Avropa Şurasının Azərbaycanla bağlı gələcək siyasəti ilə bağlı çox yanılıblar, baxmayaraq ki, qalmaqallı işlər: kürü diplomatiyası, AŞPA sədri Aqramunt, Volonte haqqında işlər kimi münasibətlərə yenidən baxılması haqqında siqnallar AŞ-Azərbaycan siyasətinin istiqamətinin dəyişəcəyindən xəbər verirdi. Səs vermədə iştirak edən deputatların 90 faizə yaxınının Azərbaycanın əleyhinə səs verməsi faktı özü diplomatik manevrlər üçün kiçik bir imkan saxlanmaqla, ölkənin ciddi şəkildə təcrid edildiyini göstərir.

Azərbaycan 2000-ci ildə Avropa Şurasına daxil olduqdan sonra qanunvericilik, məhkəmələrin quruluş sistemi stamdartlarının yüksəldilməsi və parlament institutlarının və inzibati institutların təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb, amma söz azadlığı, insan hüquqları, qanunun aliliyi və ədalətli idarəetmə sahəsində geriləyib. Ölkə bu demokratik dəyərləri pozanların dünya reytinqlərində qətiyyətlə ilk yerləri tutur.

Oktyabrın 11-də AŞPA-da baş vermiş fakt özü Azəraycana qarşı sənədlərdə irəli sürülmüş tələblərin həyata keçirilməsinə yönəlmiş bir ardıcıl siyasət formalaşdırıldığını götərir. Hələlik baş verənlərə Avropa siyasətçilərinin kürü ilə sakitləşdirildiyi və Azərbaycan isteblişmentinin özündən əmin olduğu uzun illərdən sonra münasibətlərdə bir psixoloji dönüş kimi baxmaq olar.

Həsənovun təcəssüm etdirdiyi Azərbaycan siyasi elitasının konservativ dairəsinin AŞ-ın Azərbaycanın ünvanına demokratik çağırışlarını uzun müddət neytrallaşdırmağın mümkün olacağı barədə əminliyi əsassız çıxdı. Hətta Azərbaycanın AŞ-dan çıxmağa və bütün münasibətləri kəsməyə hazır olduğu haqqında təhdidli bəyanatları da artıq bu prosesi dayandırmaq iqtidarında deyil.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ilk dəfə Azərbaycan hakimiyyətinin AİHM-nin qərarlarını icra etməkdən imtinası ilə bağlı AİHM-nin Böyük Palatasına müraciətlərin hazırlanması prosesini işə salıb. Söhbət hakimiyyətin 2014-cü ildə AİHM-də işinin "siyasi motivli" olduğuna qərar verilən və azad edilməsi tələb olunan İlqar Məmmədovu azad etməkdən imtinasından gedir. İşin Avropa Məhkəməsinə verilməsi haqqında qətnaməyə oktyabrın 25-də AŞNK-də baxılacaq. Onun qəbulu üçün AŞNK üzvlərinin 2/3-nün səsi tələb olunur. AŞPA-da sonuncu səsvermə bu nəticənin mümkün olacağını göstərir.

Gələcəkdə hadisələrin Avropa Şurasının bu trayektoriyası üzrə inkişaf edəcəyini gözləmək olar. Doğrudur, ildırımsürətli təcrid qərarları gözləmək olmaz. Hər şey ikitərəfli müzakirələr çərçivəsində gedəcək, belə ki, AŞPA-nın vəzifəsi Azərbaycanın təcrid edilməsi deyil, bu ölkəni Avropa qurumunun divarları arasında demokratik görkəmə qovuşdura biləcək problemlərin aradan qaldırılmasıdır. Amma bu, Azərbaycan tərəfin nikbinliyi üçün əsas vermir, belə ki, AŞ öz addımlarında digər Qərb qurumlarının və dövlətlərinin fikrinə söykənəcək, onlar isə, demək olar ki, eyni zamanda rəsmi Bakıya öhdəliklərin yerinə yetirilməməsi barədə iradlar irəli sürüblər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti