Усмирение азербайджанцев в Дагестане 15 июня 2020г.  mkala.mk.ru

Усмирение азербайджанцев в Дагестане 15 июня 2020г. mkala.mk.ru

İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin bu günlərdə Azərbaycan hakimiyyətinin müqaviməti ilə əlaqədar vətənə qayıda bilməyən azərbaycanlıların etirazlarının baş qaldırdığı sərhəddə vəziyyəti müzakirə ediblər. 

Bu, Əliyev və Putinin ikinci telefon söhbəti idi. Bir ay əvvəl, mayın 18-də onlar artıq vəziyyəti müzakirə ediblər. Və gərginliyin aradan qaldırılması üzrə tədbirlər görmək barədə razılıq əldə ediblər. Amma gərginlik artmaqda davam edib və iyunun 16-da qanlı qarşıdurmaya gətirib çıxarıb. Moskva polislərin yaralanması üzərində dayansa da, videokadrlarda azərbaycanlıların çox şiddətli döyülməsini göstərir.

Sərhədin keçilməsində problemlər haqqında ilk siqnallar aprelin 5-dən - Azərbaycanın Rusiya ilə sərhədi bağladığı gündən daxil olmağa başlayıb. Həmin vaxt artıq Dağıstandan qayıdan və sərhəddə ilişib qalan 400 Azərbaycanlı olduğu bildirilirdi.

Azərbaycan tərəfdən Rusiyaya getmək istəyənlər var idi, amma hansısa çadır düşərgələri və Rusiya vətəndaşlarının sahə şəraitində saxlanılması haqqında məlumat verilmirdi.

Mayın 18-də Dağıstan prezidenti Vladimir Vasilyevin verdiyi məlumata görə, Rusiya tərəfdən hər iki həftədə bir 450 Azərbaycanlı buraxmaq planlaşdırılırdı. Amma təcrübədə həftədə maksimum 120 nəfər buraxılıb və sərhəddə getdikcə daha çox insan yığılıb. Əksəriyyət qeyri-insani şəraitdə yaşayır, yalnız yerli əhalinin və xeyriyyəçilərin yardımına bel bağlayırdı. Korrupsiya vəziyyəti daha da çətinləşdirirdi. Sahə düşərgəsində olanlar təzə gələnlərin növbəsiz sərhədi keçməsi ilə bağlı çox sayda fakt qeydə alırdılar.

Amma məsələ insanların sərhədi keçmək üçün hansı şəraitdə gözləməsində deyil, niyə orada olmasındadır. Bu, sərhəd problemi deyil. Reallıq ondadır ki, Azərbaycan dövləti onlardan üz çevirib və onları taleyin ümidinə buraxıb. Hökumətin qadağası, ölkə vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdidyyətlər təkcə siyasi və hüquqi səhv deyil, həm də mənəviyyatsız, son nəticədə isə səmərəsiz qərardır.

Hökumət bu siyasətdən əl çəkməli və Azərbaycana hansı ölkədən gəlmələrinə baxmayaraq, öz vətəndaşları üçün sərhədi açmalıdır. Gələnlər məhz tarixi vətənlərinin ərazisində xüsusi olaraq ayrılmış, karantin tədbirləri görülən yerlərdə qalmalıdırlar. Tam müayinədən sonra isə həkimlər insanları müalicə etmək və ya evə göndərmək barədə qərar qəbul etməlidirlər.

Dövlətin bu təcrübəni təşkil etmək üçün kifayət qədər vəsaiti və gücü var. Dağıstan ərazisində utancverici rezervasiyalar ləğv edilməlidir. Məsələ imicdə deyil, məsələ əxlaqda və siyasi məsuliyyətdədir.

Bu status-kvonun qalması yolverilməzdir və o, aradan qaldırılmalıdır. Biz digər qonşu dövlətlərin sərhədlərində belə hadisələr olduğunu eşitməmişik və Azərbaycan dövlət və vətəndaş münasibətlərinin pis nümunəsi olaraq qalmamalıdır

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti