Baku Times
Roskomnadzor iki Azərbaycan saytına girişi bağlayıb
Rusiyanın Ukraynaya qarşı müharibəsinin 23-cü günündə Putinin “əməliyyatı” Azərbaycan mətbuatında və sosial şəbəkələrində bir nömrəli mövzu olaraq qalır. Telekanalların heç biri bu mövzuya məhəl qoymur, Ukrayna cəbhəsində və siyasətindəki əsas hadisələr haqqında quru məlumatlarla kifayətlənir. Dövlət telekanalları və özəl telekanallar Qarabağ müharibəsini müzakirə etməyə davam edir, baxmayaraq ki, Azərbaycanın qələbəsindən cəmi bir il beş ay keçib.
Azərbaycan saytları Ukraynayönlü mövqe tutur, nadir hallarda öz seçimlərini Qarabağ müharibəsində Rusiyanın ermənilərə köməyi ilə izah edirlər. Forum iştirakçıları fəal şəkildə fevralın 28-də Bakıda Ukrayna səfirliyini qarşısında bu ölkəyə dəstək mitinqi haqqında məlumat yayıblar.
RF-də hadisələr haqqında məqalələrdə “müharibə”, “təcavüz”, “işğal” və bir sıra digər sözlərdən istifadə etmək qadağan edilir, 15 ilədək həbs ilə cəzalandırılır. Azərbaycanlılar üçün Ukraynada bütün baş verənlər “əməliyyat” deyil, Rusiyanın tam mənası ilə işğal müharibəsidir. Ukrayna üçün isə vətən müharibəsidir. Moskvada Azərbaycan KİV-lərinin nəşrlərini oxuyurlar. Roskomnadzor-un qərarı ilə noyabrın 17-si səhər saatlarından Rusiya ərazisindən Azərbaycanın haqqin.az və minval.az saytlarına çıxış qadağan edilib.
Minval.az qadağını Ukrayna müharibəsi haqqında gerçək məlumatların dərc edilməsi ilə izah edir, buna görə sayt Rusiyanın “rəqəmsal senzurasına” məruz qalır. Redaksiya bildirir ki, Rusiyadakı oxucular sayta yeni Minval.biz ünvanından daxil ola bilərlər.
Haqqin.az-dan da oxuculara saytı Telegram-da və smartfonlarda oxumaq mümkünlüyü haqqında məlumatla müraciət ediblər. “Həm də üç sehirli hərfi - VPN-i heç kim ləğv etməyib”, deyə sayt xəbərləri və məqalələri xüsusi VPN proqramları vasitəsilə oxumaq mümkünlüyünə işarə edir.
Turan İnformasiya Agentliyində Ukraynalı ekspertlər Vadim Tryuxanla müsahibə və Ukrayna müdafiə naziri Aleksey Reznikovun telemüraciəti dərc edilib. V.Tryuxan RF-nin ərazi özünümüdafiə dəstəsinə yazılıb və Rusiyadanı təzminat paketi tələb edir. Reznikov Rusiya ordusunun təkcə Mariupolda 1500 mülki şəxsi öldürdüyünü bildirib.
Azərbaycanlı “şəbəkə üzvlərinin” əksəriyyəti Ukraynanın tərəfindədir
Sosial şəbəkələrdə də Azərbaycanlı fəalların əksəriyyəti Ukraynanın qələbəsinin tərəfdarıdır. Onlar arasında cəmiyyətdə məşhur olan insanlar da var. Deputat Rasim Musabəyov Ukraynanın ərazi bütövlüyünün müdafiəsinin tərəfdarıdır, Putinin təcavüzü digər keçmiş SSRİ ölkələrinə qarşı çevirmək niyyətindən ehtiyatlanır. “Ukraynaya qarşı haqsız müharibəni dayandırmaq və ölkəyə daxil olan qoşunları mümkün qədər tez evlərinə qaytarmaq lazımdır”, deyə R.Musabəyov yazır. O, hadisələri müzakirə edərkən belə yazır: “RF Ukraynaya hücum edib və bunu 8 ildir edir. Ukrayna özünü müdafiə edir... sabah, Gürcüstandan, Ukraynadan sonra Azərbaycanın və digərlərinin növbəsi gələcək”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, aralıq, ilkin razılığa nail olmaq mümkünlüyü getdikcə daha da aktuallaşır. Bu sazişdə aşağıdakı mövzular əksini tapmalıdır:
- atəşkəs və hərbi əməliyyatların dayandırılması (x vaxtda);
- Rusiya qoşunlarının 23.02.22 tarixində mövcud olan təmas xəttinə və ya Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çəkilməsi;
- beynəlxalq vasitəçilərin iştirakı ilə aparılacaq danışıqlarda bu qondarma qurumların gələcək siyasi statusuna baxılması;
- Ukraynanın bitərəf, bloklardankənar statusunun təsbit edilməsi;
- Krım mövzusu ilə bağlı danışıqlar, çox güman ki, sənəddə əksini tapmayacaq.
İqtisadçı Qubad İbadoğlu müntəzəm olaraq Meta-da Ukraynaya qarşı müharibəyə münasibətini paylaşır. O, özünün BizTV internet kanalında müharibəni analitik Rauf Mirqədirov, Milli Şuranın üzvü Cəmil Həsənli və politoloq İlham İsmayılla müzakirə edib. Telekanalın bütün qonaqları Rusiyanı təcavüzkar hesab edir, Ukraynalılara qələbə vəd edirlər. C.Həsənli Hitler faşizmi və Putin rejimi arasında fərq görmür. İlham İsmayıl hesab edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Putinin təcavüzündən əvvəl tətbiq edilməli idi, amma onda bu sanksiyalar Qərb ictimaiyyəti tərəfindən dəstəklənmədi.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər bir çox liderləri Azərbaycanda rəhbər vəzifələr tutan ənənəvi Azərbaycan müxalifəti radikal Ukraynayönlü mövqe tutublar. Rusiya dağılmazdan əvvəl, 1990-cı il yanvarın 20-də azərbaycanlıları güllələyən SSRİ-nin imperiya siyasətinin davamçısı kimi qəbul edilir. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sözlərinə görə, prezident İ.Əliyev Qazaxıstan və Özbəkistan liderləri kimi cəsarətli davrana bilmir, Ukraynaya açıq dəstək ifadə etmir, Qarabağdakı qələbəni tərənnüm etməklə və Azərbaycan müxalifətini təhqir etməklə məşğuldur.
Müsavat Partiyasının lideri Arif Hacılı öz səhifəsində yazır: “Putin rejimi çöksə dünya yaxşılığa doğru dəyişəcək. Əks halda isə, həm Avropa ölkələri, həm bütövlükdə ümumi region üçün çox təhlükəli dövr başlayacaq”.
Qlobal təhlilin tərəfdarları (Nelli Atəşgah Hüseynova) Rusiyanın Ukrayna ilə müharibəsini “dünyaların, iki sivilizasiyanın, Qərbin və Şərqin, qəlbin və ağlın” müharibəsi kimi qiymətləndirir. Bu miqyasda “İşıq” Ukrayna, “Qaranlıq” isə Rusiyadır.
RF səfirliyinin qapısı ağzında çoxları üçün gözlənilməz olan “Lənkəran sakinləri adından” üzərində müharibədə öldürülmüş rus hərbiçilərin fotoşəkilləri olan gül çələnginin ortaya çıxması sosial şəbəkələrdə qəzəblə qarşılanıb. Forum üzvü Sevinc Hüseynovanın fikrincə, cənub bölgəsindən Rusiyaya dəstəyin təzahürü olaraq çələng qoyulub, bu da Kremlin onlardan Azərbaycana qarşı istifadə etməsi mümkünlüyünü göstərir. Martın 2-də Bakı polisinini Rusiya təcavüzünün əleyhinə olanların RF səfirliyinə yaxınlaşmasına imkan vermədiyi, qadağanı ciddi təhlükəsizlik tələbləri ilə izah etdiyi halda, dəstək əlamətinin ortaya çıxması xüsusilə təəccüblüdür.
Sosial şəbəkələrin öz xəbər mənbələri var. Kiyevdə yaşayan Əli Quliyev hər həftə döyüş əməliyyatları və ötən gün ərzindəki itkilər haqqında ətraflı hesabatlar dərc edir. Onun sonuncu hesabatında Ukrayna ordusunun uğurlu əks hücumları, cəbhənin 90 km-ə qədər dərinliyinə qədər əraziləri azad etdiyi bildirilirdi.
Kremldaxili yerdəyişmələri müzakirə edən Dadaş Əhmədli Putinin ağır stres vəziyyətinə düşdüyü barədə nəticəyə gəlir. “Cəhənnəmə gedən özünə yoldaş axrtarır. Ümid yalnız verilən əmrləri icra etməkdən imtina edəcək, ağlı başında olan şəxslərədir. Marina Ovsyannikovanın hərəkəti göstərdi ki, Rusiyada hələ də ağlını itirməmiş, vicdanlı insanlar var...”
“Yeni Azərbaycan”ın Ukraynada müharibə ilə bağlı mövqeyi yoxdur
Hakim “Yeni Azərbaycan” partiyası indiyədək gedən müharibəyə münasibət bildirməyib. Onun rəsmi saytında “Ukraynada müharibə yoxdur”, amma elə həmin saytda Azərbaycanın ermənilər üzərində qələbəsi haqqında qürurlu bəyanatlar azalmaq bilmir.
Bu partiyadan olan deputatlar da susur.
Əksəriyyəti Ukraynayönlü olan azərbaycanlılarla yanaşı, Putinin bəyan etdiyi mövqeləri canfəşanlıqla müdafiə edənlər də var. Bu insanların bir hissəsi Rusiyada yaşayır. Onlar Azərbaycan vətəndaşlarını bir hissəsi Ukrayna uğrunda mübarizə aparan 500 minə yaxın azərbaycanlının yaşadığı Ukraynanı dəstəkləyərkən RF-dəki iki milyon həmyerlisinin maraqlarına məhəl qoymamaqda ittiham edirlər. Rusiya azərbaycanlıları Azərbaycan Ukraynanı dəstəklədiyinə görə Putinin onlardan intiqam alacağından və onları RF-dən qovacağından qorxurlar.
TV və saytlarda çıxış edən politoloq Nəzakət Məmmədova birmənalı olaraq Rusiyanı müdafiə edir. O, Ukraynanın NATO-ya daxil olmasını region ümün təhlükə, Bakıda Ukraynayönlü mitinqi isə Azərbaycan-Rusiya münasibətlərinə qarşı təxribat hesab edir.
Onun Meta-dakı səhifəsini V.Putinin portreti vər RF gerbi “bəzəyir”. O, Ukrayna NATO-ya qəbul edilsə, bunun Türkiyə üçün də təhdid olacağını hesab edir.
https://www.facebook.com/PolitoloqNezaketMemmedova
Azərbaycan ictimaiyyəti üçün Türkiyənin istənilən xarici addımlarının dəstəklənməsi ənənəvi hal alıb. Ukrayna ordusuna Türkiyə “Bayraktar”larının verilməsi Erdoğanın Azərbaycandakı siyasətinin davamı kimi qiymətləndirilir. Ölkədə çoxları Türkiyəni bütün dünyada xeyrin və ədalətin müdafiəçisi hesab edirlər.
Bəzi azərbaycanlılar Qərbi Ukraynaya məhdud hərbi yardıma görə tənqid edir və Rusiyanı dağıtmaq üçün ukraynalıları “təhlükə altına qoyan” ABŞ-ın təhrikedici rolunu qeyd edirlər (Aslan Vəliyev). Korrespondent.az-ın baş redaktoru Zaur Rəsulzadə prezident İ.Əliyevi tərifləyir: “Bizim prezidentimiz anadangəlmə diplomat, dahi siyasətçidir, mən bunu elə-belə demirəm... O, ölkəmizi istər NATO olsun, istər KTMT, bütün bloklardan qorumaq üçün əlindən gələni etdi... İlham Əliyevlə mən Azərbaycanım üçün rahatam...”.
Rəy yaz