Collage by Turan
Bakıdan Demokratiya Sammitinə baxış
ABŞ prezidenti Co Bayden 9-10 dekabr tarixlərində keçiriləcək Demokratiya Sammitinə (Liderlərin demokratiyaya dəstək sammiti) hazırlaşarkən Vaşinqtondan 9674 km məsafədə - Bakıda polis Azərbaycanlı müxalifətçi Tofiq Yaqublunu nümayişkaranə şəkildə vəhşicəsinə döyür, gözlərini kor edir.
Eyni zamanda bitərəf Saleh Rüstəmov saxta ittihamla 2019-cu ilin fevralında salındığı həbsxanadan azad edilməsi tələbi ilə aclıq edir.
Bakının mərkəzində isə “Tərtər işi” üzrə təqsirsiz olaraq işgəncələrə məruz qoyulmuş və mühakimə edilmiş hərbiçilərin anaları Prezident Administrasiyası qarşısında piket keçirərək ədalət – iki ildir sosial şəbəkələrdə kütləvi şəkildə istintaqın işgəncəsinə məruz qalan insanların gündən-günə yeni şahidlərini üzə çıxarılaraq, təqsirsiz olduqları barədə aləmə car çəkilən oğullarına bəraət verilməsini və onların azad edilməsini tələb edirlər.
Freedom House-un azad olmayan ölkələr kateqoriyasına aid etdiyi Azərbaycan, digər belə ölkələr kimi, hələ Yaqublunun nümayişkaranə şəkildə döyülməsindən çox-çox əvvəl ABŞ prezidentinin sammitinə dəvət edilməyib. Və bəzi ekspertlər nümayişkaranə zorakılığı Əliyev administrasiyasının Amerikanın rejimin demokratiya və insan hüquqları sahəsində siyasətinə verdiyi qiymətə cavab kimi dəyərləndirməyə meyllidirlər.
Sui-qəsd nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki, geniş ictimai maraq doğuran bu genişmiqyaslı hüquq pozuntularının arxasında hakimiyyətdaxili mübarizə dayanır və Əliyevin güclü əleyhdarları Qərbin gözündə onun nüfuzunu tamamilə sarsıtmağa çalışırlar.
Bu iddialar ildən-ilə Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətin pisləşdiyini qed edən beynəlxalq təşkilatların xoşagəlməz hesabatları fonunda səslənir.
Bu ilin sentyabrında Azərbaycan internetin azad olmadığı ölkələr sırasına aid edilib, mətbuat azadlığı indeksi üzrə dünya ölkələri reytinqində 167-ci yeri tutub, Avropa Şurasında Azərbaycanlı siyasi məhbuslar üzrə məruzəçi institutu təsis edilib ki, qonşu Qafqaz ölkələrində belə bu, yoxdur.
Bu hesabatlar bu il Sovet İttifaqının dağılması nəticəsində əldə etdiyi müstəqilliyinin 30 illiyini qeyd edən ölkənin (hakimiyyət və bütünlükdə xalq daxil olmaqla) beynəlxalq imicini ciddi şəkildə korlayır. Digər tərəfdən, repressiv sistem cəmiyyətdə son zamanlar pandemiyanın məhdudiyyətləri və boz həyata bir qədər milli eyforiya qazandıran Ermənistanla müharibədəki qələbə sayəsində nisbətən neytrallaşdırılmasına müvəffəq olunan gərginliyin dərəcəsini artırır.
Prezident və onun administrasiyası hələlik ictimaiyyətin Saleh Rüstəmovun azad edilməsi, “Tərtər işi”ni saxtalaşdıran şəxslərin məsuliyyətə cəlb edilməsi barədə ünvanlı çağırışlarına reaksiya verməyib, necə ki, Yaqublunun döyülməsi faktına da qiymət verilməyib.
Bu status-kvonun qorunub saxlanması mütləq qaydada hüquq və azadlıqların boğulması siyasətinin həyata keçirilməsində birbaşa prezidenti və onun ən yaxın ətrafını ittiham edənlərin dəlillərini gücləndirəcək. Bu halda biz fərqli düşünənlərin növbəti dəfə nümayişkaranə şəkildə cəzalandırılmasının və siyasi repressiyaların güclənməsinin şahidi ola bilərik.
Mehman Əliyev
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:31
- 454
Rəy yaz