Joe Biden
Bəli, erməni liderləri minnətdarlıq və ya Türkiyə və Azərbaycan prezidentləri narazılıq ifadə edib. Amma Baydenin bəyanatı keçmişdə bir sıra ölkələrin liderlərinin və ya parlamentlərinin bu cür bəyanatlar qəbul etməsi zamanı olan təsiri yaratmayıb.
Bu bəyanatın müsbət tərəfi təkcə Ermənistan, Azərbaycan və Türkiyədə deyil, Amerikada və Avropada da hər iki cəmiyyətin uzunmüddətli qarşıdurmadan yorulduğunu göstərməsi olub.
Mahiyyətcə, Baydenin müraciətinin əsas mesajı gələcəyə aid idi, Amerika bu gələcəyi “fanatizm və dözümsüzlüyün gündəlik qüsurları ilə çirklənməmiş dünya” kimi görür və hər iki maraqlı tərəfi belə bir dünya qurmağa çağırır.
«Bu gün biz itirdiklərimizin yasını tutarkən, gəlin, gələcəyimizə - övladlarımız üçün qurmaq istədiyimiz dünyaya da nəzər salaq. Fanatizmin və dözümsüzlüyün gündəlik qüsurları ilə çirklənməmiş, insan hüquqlarına hörmət olunan və bütün insanların ləyaqətli və təhlükəsiz yaşaya bildiyi dünyaya. Gəlin, dünyanın istənilən yerində gələcək cinayətlərin qarşısını almaq qətiyyətimizi bir daha təkrar edək. Və gəlin, dünyanın bütün insanları üçün şəfa və barışığa can ataq”, deyə bəyanatda bildirilir.
Bu mənada Baydenin bəyanatı bir neçə vəzifəyə xidmət edirdi:
1. Dağlıq Qarabağ uğrunda Azərbaycanla otuz illik müzəffər qarşıdurmada 2020-ci ildə məğlubiyyətə uğramış və Cənubi Qafqaz regionunda üstünlüyü itirmiş ermənilərə mərhəmət etmək.
2. Təkcə Qarabağ probleminin tamamilə nizamlanmasında deyil, həm də ermənilər və Türkiyə arasında sülhün bərqərar edilməsində mühüm vasitəçi kimi ABŞ-a etimad səviyyəsini artırmaq.
3. Soyqırımın tanınması mövzusunu Amerikanın gündəliyindən çıxarmaq və bununla da Türkiyə və Qafqaz siyasətinin “əlini boşaltmaq”.
4. Erməni icması və Türkiyə-Azərbaycan tandemi arasında gələcək real dialoqu stimullaşdırmaq.
Bayden administrasiyası soyqırımın tanınması mövzusunda irəliləyişin ABŞ-ın regiondakı maraqlarına hansı zərərləri gətirdiyini yaxşı başa düşürdü. Buna görə Baydenin aprelin 23-də Erdoğana qabaqlayıcı zəngi Vaşinqtonun soyqırım mövzusundan regionda qarşıdurmanı gücləndirmək məqsədilə istifadə etmək istəyi ilə bağlı şübhələri aradan qaldırmaq məqsədi daşıyırdı.
“Bu gün Prezident kiçik Cozef Bayden Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla telefonla danışıb, əməkdaşlıq sahələrini genişləndirməklə və fikir ayrılıqlarını effektiv şəkildə nizamlamaqla ikitərəfli konstruktiv münasibətlərdə maraqlı olduğunu dilə gətirib. Liderlər bütün ikitərəfli və regional məsələlər spektrinin müzakirəsi üçün NATO-nun iyun Sammiti çərçivəsində ikitərəfli görüş keçirmək barədə razılıq əldə ediblər”, deyə Dövlət Departamentinin 23 aprel tarixli məlumatında bildirilir.
Soyqırımın tanınması haqqında bəyanat bugünki gündəliyə tamamilə uyğundur, Qarabağ üzrə Minsk sülh prosesinin bütün iştirakçıları, o cümlədən münaqişə tərəfləri və vasitəçilər danışıqların təşviqində və tənəzzül və böyük sosial gərginliklər yaşayan düşmən dövlətlərdə sülh quruculuğuna yol aça biləcək konsensus əldə edilməsində maraqlıdır.
Amerika liderlərindən prezident Reyqanın ilk dəfə olaraq Türkiyədə baş vermiş 1915-ci il hadisələrini soyqırım adlandırdığı 1981-ci ildə deyilik. O dövr qlobal Amerika-Sovet qarşıdurması dövrü və soyuq müharibə aləti olaraq milliyyətçiliyin və separatizmin qarşılıqlı təşviqi zamanı idi. Və prinsipcə, bu müharibədə ABŞ SSRİ-nin dağıdılması məqsəd və vəzifələrinə nail olub.
Bu gün Qafqazın da aid olduğu Ön Asiya regionu ABŞ-ın daha böyük təsirə malik olduğu zonadır, ABŞ burada öz strategiyasını təşviq etməklə birlikdə, beynəlxalq və yerli milli maraqların ahəngini təmin edə biləcək Qərbdəkinə bənzər demokratiyaların qurulması istəyini gizlətmir. Soyqırımın tanınması və ya tanınmaması mövzusu geosiyasi siyasət amili olaraq gündəlikdən çıxır, amma 1915-ci il faciəsinin tarixi faktı olaraq qalır.
Rəy yaz