John Bolton .Bloomberg
Con Baltonun Bakıya səfəri zamanı İran diqqət mərkəzində olacaq
Amerikanın milli təhlükəsizlik müşaviri Con Bolton Rusiyaya və üç Cənubi Qafqaz ölkəsinə səfəri çərçivəsində Azərbaycanın oktyabrın 24-də Azərbaycan paytaxtına gələcək. Cənab Bolton tvitterdə yazırdı ki, səfərinin əsas məqsədi "bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın təşəbbüslərini təşviq etməkdir".
Səfər ABŞ-ın Xəzinədarlıq İdarəsinin İranın Yaxın Şərqdə müxtəlif münaqişə zonalarında İran rejiminin maraqları xeyrinə döyüşmək üçün əsgərlər yığan Basic kimi hakimiyyətyönlü hərbi birləşmələri maliyyələşdirməkdə şübhəli bilinən müəssisələrinə qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayır.
Prezident Trampın sözlərindən onun Yaxın Şərqdə əsas siyasətinin İranın regiondakı təsirinin məhdudlaşdırılmasından ibarət olduğu aydın olub. O, ABŞ-ı "Birgə Hərtərəfli Fəaliyyət Planı" (JCPOA) adı ilə məşhur olan İranla nüvə sazişindən çıxarıb və rejimə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib, bununla da ABŞ administrasiyasının İranın regionda təxribatçı fəaliyyətinə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirib.
Tramp administrasiyasının İrana yanaşması ABŞ-ın və müttəfiqlərinin təsir alətləri olan hərbi və maliyyə tədbirləri birgəliyindən ibarətdir. Ağ Evin İrandan neft və neft məhsullarının satışını məhdudlaşdıracaq ikinci sanksiyalar məcmusu noyabrın 4-də qüvvəyə minir. Vaşinqton bu sanksiyalar qüvvəyə mindikdən sonra İranla biznes və ticarət həyata keçirənlərə bunun baha başa gələcəyinə işarə edib.
Cənab Boltona gəlincə, o, çox məşhurdur və Tehrana qarşı amansız siyasətin ən səbatlı tərəfdarlarından biridir.
Beləliklə, Con Boltonun Azərbaycana səfərindən nə gözləmək ola? İlk növbədə, cənab Bolton öz şərhində dediyi kimi, Amerikanın regionda təhlükəsizlik maraqları gündəlikdədir. Və İran təhlükəsizlik maraqlarında ilk yerdədir. Azərbaycan və İranın möhkəm ticari və işgüzar münasibətləri var. Amerika administrasiyalarının İrana qarşı əvvəlki sanksiyaları heç vaxt Azərbaycan və İran arasında ikitərəfli ticarətə toxunmayıb. Amma indi ABŞ hökuməti İranı beynəlxalq səviyyədə təcrid etmək niyyətindədir və buna görə, göründüyü qədər, sanksiyalar Azərbaycan-İran ticari və işgüzar münasibətlərini də əhatə etməlidir.
Əliyev administrasiyasının antiqərb münasibəti və Rusiya ilə genişlənən əlaqələr Azərbaycanı regionda etibarlı strateji müttəfiqsiz qoyub. Ermənistanda bu yaxınlarda baş vermiş demokratikləşmə Azərbaycan hökumətinin Putin Rusiyası ilə hərbi, iqtisadi və ilk növbədə siyasi ittifaqına təkan verib. Azərbaycanın hədəfi demokratiya olsaydı, onun Qərb ölkələri ilə ittifaqlar qurması daha asan olardı. Prezident Tramp göstərib ki, təhlükəsizlik sahəsində öz prioritetlərini təşviq edə biləcəyi istənilən dövlətlə işləməyə hazırdır.
Bakıya səfəri zamanı cənab Bolton həmçinin artıq 90-cı illərin səviyyəsində olmayan Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq haqqında danışacaq. Amerikanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və terrorizmə qarşı mübarizəyə dəstəyi və sadiqliyi də prezident Əliyevlə danışıqların tərkib hissəsi olacaq. Onun digər region ölkələrinə səfərlərinə gəlincə, cənab Bolton Birləşmiş Ştatların Ermənistanda yeni demokratik dəyişikliklərə və Amerika-Gürcüstan regional alyansına dəstəyini ifadə edəcək.
-
- İqtisadiyyat
- 18 Oktyabr 2018 13:59
-
- Maliyyə
- 18 Oktyabr 2018 14:13
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz