Nikol Pashinyan, Irakli Garibashvili and Ilham Aliyev

Nikol Pashinyan, Irakli Garibashvili and Ilham Aliyev

Qarabağın erməni işğalında olduğu 28 il ərzində, 2020-ci il müharibəsi zamanı və bu ilin iyun ayına qədər Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərdə nəzərəçarpacaq neytrallıq nümayiş etdirib. Tbilisinin Ermənistana silah daşımaq üçün onun ərazisindən istifadəyə qadağa qoyması bununla izah olunur.

Odur ki, Azərbaycanın Ağdam rayonunda minalanmış sahələrin xəritələrinin müqabilində 15 erməni təxribatçının verilməsi prosesində rəsmi Tbilisinin gözlənilməz iştirakı təəccüblü olub. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında ABŞ, Avropa Şurası, ATƏT və Gürcüstana minnətdarlıq ifadə olunub.

15 erməni vətəndaşın verilməsi iyunun 12-də axşam Gürcüstan hökumətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Gürcüstan sərhəddində baş tutub.

"Gürcüstan Bakının erməni hərbçiləri Yerevana verməsi haqda sazişin bağlanmasında ABŞ ilə birlikdə oynadığı roldan qürur duyur”, - Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Gürcüstan hökumətinin məlumatına görə, sazişin əldə edilməsi baş nazir İrakli Qaribaşvili və ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Filip Rikerin fəal yardımı ilə mümkün olub.

Qaribaşvili indiyədək məlum olmayan gizli danışıqların nüanslarını açıqlayıb. Prosesin özəlliyi orada Rusiyanın iştirak etməməsi olub. Gürcüstan baş nazirinin sözlərinə görə, danışıqlar bir ay öncə, Qaribaşvilinin Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla telefon söhbətindən sonra başlayıb.

Üstəlik, Qaribaşvili bildirib ki, bu, Cənubi Qafqazda strateji tərəfdaşların qoşulması ilə  Gürcüstanın vasitəçiliyilə bağlı görünməmiş hadisə olub. Qonşu dövlətlərin liderləri Qaribaşvili ilə "gecə-gündüz rejimində" danışıqlar aparıblar.

Gürcüstan Cənubi Qafqazda sabitliyə nail olunması üçün vasitəçilik missiyasını davam etdirməkdə maraqlıdır.

Qaribaşvilinin bəyanatında son hadisələrin regionun gələcəyilə əlaqələndirilməsi maraqlıdır. "Gürcüstanın qonşu dövlətlərin qarşılıqlı münasibətlərində mediator rolunu davam etdirməyə hazır olduğunu bildiririk. Mən qonşu dövlətlərin liderləri ilə (ünsiyyətdə) öz mövqeyimi ifadə etmişəm. Ümid edirəm ki, bu proses regionda sülh və sabitliyə nail olunması naminə davam etdiriləcək ki, bu da bir çox strateji layihələrin həyata keçirilməsinə zəmin yaradacaq".

Gürcüstan Strateji Təhlil Mərkəzinin politoloqu Qela Vasadze bu razılaşmanın əldə olunmasında vacib oyunçu kimi Türkiyənin kölgədə qalan roluna diqqət çəkir. O hesab edir ki, bu, bəlli olur, çünki baş nazir Qaribaşvili təkcə Bakı və Yerevanda deyil, Ankarada da olub.

Gürcüstanın xarici işlər naziri David Zalkalianinin məlumatına görə, Türkiyə prezidenti Ərdoğanla danışıqlardan sonra bildirilib ki, Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərində vasitəçi rolunu daha fəal oynamalıdır ". Politoloq prosesi ABŞ və Avropa İttifaqının Qafqaz istiqamətində fəallığının göstəricisi kimi qiymətləndirir.

Konfliktoloq Georgi Kanaşvili də əmindir ki, gələcəkdə Gürcüstan qonşular arasında münasibətlərin nizamlanmasında öz rolunu oynaya bilər.

"Eyni zamanda Gürcüstanın illüziyası olmamalıdır - biz tərəflərdən heç birinə böyük təsir göstərmirik. Amma baş verən kiçik müsbət hal həm Gürcüstan-Ermənistan, həm də Gürcüstan-Azərbaycan münasibətlərinə, həmçinin ölkənin imicinə müsbət təsir göstərəcək", - ekspert Facebook səhifəsində yazıb.

Gürcüstanın Türkiyə ilə birlikdə fəallaşması Ermənistanın millətçi dairələrində hiddət doğurur. Orada çoxdan və israrla gürcüləri Qafqaz hadisələrində Türkiyənin rolunu erməni anlayışı məcrasına "yönəldirlər". Gürcülərə tez-tez "qayğıkeş xəbərdarlıq" təkrar olunur: özünüzü qoruyun, türklər Gürcüstanı ələ keçirirlər!

Lakin Gürcüstan rəhbərliyində praqmatik siyasət xətti yürüdülür və məqsəd Rusiyanın Qafqazdaxili proseslərdən kənarlaşdırılmasıdır.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkənin baş nazirinin Ankaraya səfərini Türkiyənin Gürcüstan üçün, sadəcə, qonşu deyil, həm də ciddi tərəfdaş olmasının göstəricisi hesab edir:

"Belə yüksək səviyyəli səfər Türkiyənin bizim üçün nə qədər ciddi tərəfdaş olduğunu və ölkələrimiz arasında əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir".

Tbilisidə hesab edirlər ki, Türkiyə Cənubi Qafqaza təkcə iqtisadi baxımdan yox, həm də hərbi mövcudluq baxımından qayıdıb. Türkiyə kontekstində regionda təhlükəsizlik haqda danışarkən Rusiyanın mövcudluğuna qarşı hansısa ziddiyyət tutulur. Və bu baxımdan Tbilisi Ankaranın dəstəyini qazanmağa çalışır", - Vladimir Unanyans “Exo Kavkaza”da yazır.

Şübhə yoxdur ki, Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə fəal daxil olub, üstəlik Tbilisi Ankara ilə birlikdə hərəkət edir. 

Onlar birgə işləmək üçün geniş imkanlara malikdirlər. Ermənistan tərəfin məlumatına görə, Azərbaycanda daha 200-ə yaxın Ermənistan vətəndaşı əsir saxlanılır.-0-

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti