IRNA İslam Respublikası Xəbər Agentliyi tərəfindən təqdim olunan bu fotoşəkildə İran prezidenti İbrahim Raisi' nin olduğu helikopter

IRNA İslam Respublikası Xəbər Agentliyi tərəfindən təqdim olunan bu fotoşəkildə İran prezidenti İbrahim Raisi' nin olduğu helikopter

Türkiyənin keçmiş daxili işlər naziri Sadettin Tantan İranın keçmiş prezidenti İbrahim Rəisinin də olduğu son helikopter qəzası ilə bağlı fikirlərini bölüşüb. Tantan “Turan” xəbər agentliyinə eksklüziv müsahibəsində hadisə barədə danışaraq, dövlət təhlükəsizliyi protokollarındakı çatışmazlıqları vurğulayaraq və daha geniş regional dinamikanı dərindən düşünüb. Sadettin Tantanın tapıntıları regional diplomatiya və təhlükəsizliyin mürəkkəb şəbəkəsinə işıq salır, Türkiyəni və onun qonşu dövlətlərini gözləyən çağırışlara və imkanlara sydınlıq gətirir. 

* * *

Turan: İranın keçmiş prezidenti İbrahim Rəisinin təyyarəsinin qəzaya məruz qalmasını dövlət protokolundakı  təhlükəsizlik tədbirləri baxımından  necə  dəyərləndirirsiniz?

Tantan: Dövlət başçılarının səfərlərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olur. Kəşfiyyat qurumları  gizli şəkildə lazımi tədbirləri görürlər. Hava şəraitini nəzərə alaraq, İran kəşfiyyatı vertolyot yerinə başqa bir nəqliyyat vasitəsi seçməliydi. 30 il əvvəl -1994-cü ildə Ruandanın dövlət başçısı Juvenal Habyarimananın  havada vurulmasından  sonra ölkədə yaranan xaos və və vətəndaş müharibəsi dövlət başçılarının ölümlərinin  təhlükəli nəticələr yarada biləcəyini göstərmişdi. Bazar günü baş verən vertolyot qəzasında dövlət protokolunun nöqsanları görünür.

Turan: Keçən həftənin bazar günü Araz çayı üstündə  keçirilən mərasimdəki çıxışında Azərbaycanın dövlət başçısı İran ilə dostluq-qardaşlıq münasibətlərindən bəhs etdi. Hər iki ölkə  kənardan bölgəyə müdaxilə cəhdlərinə qarşı çıxır  və buna qarşı birgə mübarizə aparmağın lüzumundan bəhs edir. İranın  narahat olduğu əsas ölkələrdən biri İsrailin Azərbaycanla çox yaxşı münasibətləri var. Bu durumu necə şərh etmək istəyərdiniz?

Tantan: Dövlətlər arasında daimi dostluq  və ya düşmənçilik yoxdur. Qonşu ölkələrlə yaxşı münasibətlər içində olmaq normal haldır. İsrail ilə Azərbaycan arasındakı münasibətlərin yaxşı olması İran-Azərbaycan münasibətlərinin inkişafına mane ola bilməz. Türkiyənin, Rusiya və Ukrayna ilə yaratdığı münasibətlər kimi, Azərbaycan da eyni zamanda həm İran, həm də İsrail ilə yaxın münasibət içində ola bilər. Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edərkən apardığı hərbi əməliyyatlara İsrailin verdiyi dəstək önəmli idi.

Turan: Həmişə Türkiyə ilə İranın regional əməkdaşlığının zərurətini qeyd edirsiniz. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan sonra Türkiyə ilə İranın hansı sahələrdə əməkdaşlıq perspektivləri ola bilər?

Tantan: 1639-cu ildə  imzalanan Qəsri-Şirin sazişindən üzü bəri İranla sərhəd münaqişəmiz  olmayıb. Regional inkişaf baxımından Türkiyə və İran arasındakı münasibətlərin inkişaf etdirilməsi çox mühümdür. Ancaq İranın daxili siyasətindəki inam və etimaddan uzaq durum münasibətlərin inkişafına  mane olur. HƏMAS-ın 7 oktyabr hücumu İsrailin  hərəkət sahəsini genişləndirdi. Bu isə Türkiyə ilə  arasındakı əməkdaşlığın sahəsini daraltdı. İranın PKK terror  təşkilatına qarşı mübarizə aparmaması da münasibətlərə  ziyan vurur. Türkiyə ilə İran ticari münasibətləri inkişaf etdirərək öz ölkələrinin əhalisinin rifah səviyyəsini yüksəltməyə, terrora qarşı mübarizəyə və regionda münaqişələrə icazə verməməlidir.

Turan: Azərbaycanın qələbəsinin üstündən bu gün-sabah 4 il keçəcək, ancaq hələ də Ermənistan ilə sülh sazişi imzalanmayıb. Sizcə, sülh sazişinin imzalanması üçün hansı şərtlər yerinə yetirilməlidir?

Tantan: Beynəlxalq ictimaiyyətlə hərtərəfli əlaqələr yaradılaraq Rusiyanın bölgəni öz hegemonluğu altında tutmaq niyyətinin qabağı alınmalıdır. Zəngəzur dəhlizinin bir  an əvvəl açılması lazımdır. Bu məsələdə  Türkiyə öz nüfuzundan istifadə etməlidir.

Turan: Rusya ilə Ukrayna arasında müharibə davam edərkən  Böyük Britaniya Orta Asiya ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Türkiyə bu sahədə  lazımi addımları atırmı?

Tantan: Başda TİKA-nın fəaliyyətləri olmaqla, Türkiyə öz QHT-ləri vasitəsilə uğurlu işlər görür. Ancaq ticarət  və hərbi sahədəki münasibətlərin daha yüksək səviyyədə olması lazımdır. Zəngəzur dəhlizinin açılması Türkiyənin bu sahədəki ən böyük uğurlarından biri olacaq. Yolun açılması ticari sahəsində işləri asanlaşdıracaq. Daha sonra hərbi münasibətləri inkişaf etdirmək lazım gələcək. Türkiyənin bu sahədəki  xoş niyyətli cəhdləri münasibətlərin lazımi səviyyəyə gəlməsinə hələ ki tam səbəb olmayıb.

Rəy yaz

Böyük Şərq

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti