president.gov.ua
Məsələ tərəflərin təcrübə və münaqişələrin cari vəziyyətinə baxış mübadiləsi aparmasında deyil, hər iki halda münaqişələrin aparıcı oyunçusunun Rusiya olmasındadır: birinci halda təcavüzü həyata keçirmiş və separatizmi dəstəkləyən tərəf kimi, ikinci halda isə vaxtilə Ermənistanın təcavüzünü və separatizmini dəstəkləmiş, amma Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlıq prioritetini əsas götürərək, Qarabağ münaqişəsində rolunu dəyişdirmiş tərəf kimi. Bu halda Rusiya üçün “qoşulmamış” Azərbaycanla ittifaqın Ermənistanla – KTMT, Gömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqi ilə birgə mövcud olmaqdan daha cəzbedici olması qəribədir.
Rusiyanın Türkiyə ilə fenomenal müttəfiqlik münasibətlərini də buraya aid etmək olar. Bu münasibətlər əbədi düşmənçilikdən Qərb və Rusiyanın maraqlarının kəsişdiyi yerdə təmas nöqtəsi tapmaq iqtidarında olan həmkarlığa çevrilib. İkinci Qarabağ müharibəsi zamanı və sonradan – Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesində tərəflərin qarşılıqlı fəaliyyəti bunun son nümunəsi deyil.
Zzelenski Rusiya-Türkiyə arasında xüsusi maraqlar kontekstində Ankaranın Kiyev və Moskva arasında körpüyə çevrilmək şansına malik olduğunu düşünür. 2021-ci ilin sentyabrında Zelenski artıq 450 Ukrayna vətəndaşının, o cümlədən tatarların azad edilməsi üçün Rusiya prezidenti Vladimir Putinlə Ukrayna arasında vasitəçilik etmək xahişi iləTürkiyə prezidenti Erdoğana müraciət etmişdi.
Erdoğan vasitəçilikdə, həm də təkcə Ukrayna vətəndaşlarının azad edilməsi məsələsində deyil, Rusiya-Ukrayna böhranının nizamlanması üzrə daha geniş kontekstdə vasitəçilikdə iştirak etmək üçün könüllü olub. Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın ötən ay bildirib ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var, bu zaman Ankara “bu iki ölkə arasında hər hansı münaqişəni təqdir etmir və dəstəkləmir”. Kalının sözlərinə görə, Türkiyə “gərginliyin azaldılması üzrə qarşısına qoyulmuş vəzifəni yerinə yetirməyə” çalışır. Daha sonra o qeyd edib ki, bir çox Qərb ölkələrinin Rusiya ilə birbaşa konstruktiv münasibətləri yoxdur, amma “Türkiyə bu xüsusi mövqeyə malikdir”. Odur ki, hər iki tərəf buna müsbət yanaşsa, Türkiyə prezidenti Putin və Zelenskinin görüşünü təşkil edərək, gərginliyi azaltmaq üçün konstruktiv addım ata bilər”.
Erdoğan-Əliyev tandeminin Putinlə əlaqələrdə müsbət nəticələrini nəzərə alaraq, Zelenski, görünür, Türkiyənin sülhyaratma missiyasını Azərbaycanla gücləndirmək qərarına gəlib. Noyabrın 17-də o, Erdoğana fevralda Kiyevdə Strateji Şuranın 10-cu yubiley iclasını keçirməyi təklif edib, dekabrın 14-də isə Əliyevi tədbirdə iştiraka dəvət edib, bunu Ukraynanın Türkiyə və Azərbaycanla diplomatik münasibətlər qurmasının 30 illiyi münasibətilə yubiley iclası kimi rəsmiləşdirib.
Kiyevdə Zelenski və Əliyev yekun bəyannaməni imzalayaraq beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstək göstərməyə, hibrid təhdidlərə qarşı birgə mübarizə aparmağa hazır olduqlarını, Qara Dəniz -Xəzər regionunda və onun hüdudlarından kənarda sülhü və sabitliyi təmin etmək səylərini xüsusilə qeyd ediblər.
Beləliklə, Rusiya-Ukrayna böhranına münasibətdə Bakı və Ankara tandeminin addımlarının Ukraynanın ərazi bütövlüyü prinsipi əsasında inkişaf edəcəyini ehtimal edə bilərik.
Bu vasitəçilik xəttinin şansı olduğunu düşünürük, belə ki, Moskva da Ukrayna ilə böhrandan çıxmaqda kifayət qədər maraqlıdır, amma Qərbin təzyiqi ilə deyil, üçüncü Avrasiya tərəflərinin iştirakı lə. Kreml Erdoğan və Əliyevin Qafqaz üzrə “3+3” platformasını qəbul edib. RF XİN həmçinin Ermənistan və Türkiyə arasında bir əsrlik düşmənçiliyin aradan qaldırılması üzrə vasitəçiliyi öz üzərinə götürüb. Moskvada artıq tərəflərin hər iki məsələ üzrə ehtiyatlı məsləhətləşmələri aparılıb.
Dekabrın 3-də Erdoğan Putinə zəng edib və Ukrayna məsələsini müzakirə edib. Kremldə qeyd ediblər ki, Donbas probleminin müzakirəsi zamanı “2015-ci ilin Minsk Tədbirlər Kompleksinə və digər razılaşmalara, o cümlədən “Normand formatı”nda əldə edilmiş razılaşmalara tam və ciddi riayət edilməsinin vacibliyi” qeyd edilib.
Erdoğan-Putin görüşündən iki gün əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Erdoğan Rusiya-Ukrayna münasibətlərində vasitəçi ola bilər, amma müəyyən şərtlərlə. “Erdoğan Kiyevi Minsk Tədbirlər Kompleksi, Paris razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə başlamağa razılaşdırmaq üçün öz təsirindən istifadə edə bilsə, bunu sadəcə olaraq alqışlamaq olar”.
Rəy yaz