replyua.net

replyua.net

Koronovirusun Azərbaycana dolayı təsirləri haqqında yazmaq istəyirdim. Bir qripin təsir gücünü bu qədər qlobal faktor kimi təsnif etməyi doğru saymırdım. Hazırkı duruma görə koronavirusuna Çinin daxili problemi kimi baxmaq doğru sayılmaz. Bu virus sosial problem olmaqdan çıxaraq özündə siyasi, iqtisadi, ekoloji və bu kimi çoxlu sayda riskləri ehtiva etməyə başlayıb. Artıq o meqotrendə çevrilib. Çünki, sərhədlərimizi keçməyə başlayıb. Dünya üzrə ÜDM-nin həcmi kiçilir. İqtisadi təsirləri geniş coğrafiyaları əhatə etməyə başlayıb.

Bütün bunlardan sonra Azərbaycan İran İslam Respublikası istisna olmaqla digər ölkələrlə quru sərhədləri bağlamış və məhdudlaşdırmışdır. Demək, problem həm də bizlərin probleminə çevrilib.

Dünya iqtisadiyyatda meqotrendlər

Bildiyimiz kimi Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı və aparıcı ticarət ölkəsidir. Buna görə də koronavirusdan qaynaqlanan iqtisadi zəifləmə qlobal artım üçün risklər yaradır. “Reuters”in soğrusunda iştirak edən iqtisadçılar, Çinin əvvəlki rübdə qeydə alınan 6 faizlik iqtisadi artımının 4,5 faizə enəcəyini ehtimal edir. Proqnnozlaşdırılan bu azalma tempi hətta 2008-ci ildəki maliyyə böhranından ciddi təsirləri olacağını söyləməyə imkan verir.

Azərbaycan iqtisadiyyatına mümkün təsir kanalları

  • Neftə tələb düşəcək və qiymətlər aşağı enəcək. Çin dünyanın ən böyük neft idxalçısıdır. Çin iqtisadiyyatı kompleks şəkildə bağlandığına görə qlobal neft tələbatı aşağı düşəcək. Neft tələbatının 2020-ci ilin birinci rübüylə illik müqayisədə 435 000 barel azalacağı gözlənilir. Bu neftin qiymətlərinin də kəskin aşağı düşməsini proqnozlaşdırmağa imkan verir. Bu gün artıq dünya bazarında neftin qiyməti 51 dollara düşüb. Eyni zamanda bu il Azərbaycan ötən illə müqayisədə 5,3 faiz daha az neft hasil ediləcək. Həm qiymət enişi, həm də neft hasilatının azalması neft gəlirlərimizi azaldacaq.
  • Fiskal riskləri olacaq. Bu ilin dövlət büdcəsində neftin 1 bareli 50 dollarla götürülüb. Neft qiymətlərinin sürətli eniş həddi böyük ehtimalla yay aylarına qədər endiyi halda büdcə sekvestrinin tətbiq edilməsi ehtimalı yaranacaq ki, bu da büdcə parametrlərinə korreksiyaların edilməsini zəruri edəcək. Nəticədə büdcə daxilolmalarında neftin dolayı (vergi yükü) təsir yolu ilə büdcə-vergi sferasında maliyyə gərginliyi yaradacaq. Büdcə kəsrinin qapadılması və xərclərin ixtisar edilməsi kimi problemləri meydana çıxaracaq.
  • Dövlət Neft Fondunun gəlirləri proqnozdan aşağı olacaq. Neftin qiyməti ixrac etdiyimiz hər 100 dollardan 91 dollarına birbaşa təsir edəcək. Digər tərəfdən isə satdığımız qazın qiymətinə də təsirsiz ötüşməyəcək. Belə ki, qazın qiymətində daha böyük nisbətlə - 40 faizə yaxın qiymət enişi ilə gəlirlərimiz azalacaq. Deməli, ixrac etdiyimiz neft və neft məhsullarının kumilyativ gəlirlərində azalmalar baş verəcək.
  • Dövlət Neft Fondunun aktivləri “əriyəcək”. Dünyanın valyuta və qiymətli kağızlar bazarında aktivlərin dəyərdən düşməsi prosesi güclənib. NF-nun 42 milyard dollarlıq aktivlərinin 6,7 milyard dolları istiqrazlar və digər pul bazarı alətlərində yerləşdirilib. Dünya bazarında qiymətli kağızların dəyərdən düşməsi ehtiyatlarımıza təsirsiz ötüşməyəcək. Rezervlərimizə təsir kanallarından mühümü elə budur.
  • Dövlət Neft Fondunun valyuta səbətində də itkilərimiz olacaq. NF-nun valyuta səbətində dominantlıq ABŞ dolları ilə saxlanılan vəsaitlərlə bağlıdır. Lakin, aktivlərin 35% avro da, 1,7% Çinin valyutasında da saxlanılan kiçicik hissə vardır ki, bu da avronun və yuanın dəyərdən düşməsindən sonra valyuta enişlərini qaçılmaz edəcək. NF-nun bu valyuta səbətində olan ehtiyatlarında azalmalar olacaq.
  • Monetar təsir kanalı. Yanvar ayında Dövlət Neft Fondunun valyuta satışında təklif tələbi üstələyib. Əvvəlki aylarla müqayisədə NF valyuta bazarında 240 milyon dollar həcmində daha az dollar satışı həyata keçirib. Dollar tələbinin aşağı düşməsi bu ay ərzində idxal malları üçün dollara tələbin azalması ilə nəticələnib. Bunun da əsas idxal kanalı Çindən gələn mallara sərt qadağaların olması ilə bağlıdır. Demək olar ki, idxalda 10 faizlik daralma dollara tələbi aşağı salıb. Bununla valyuta bazarında narahatlıqlar yaşana bilər. 
  • İstehlak bazarında qiymət artımları sosial gərginlik mənbəyi kimi çıxış edəcək. Yaxın qonşulardan yalnız İranla qalan gömrük əlaqələrindən sonra Azərbaycanın iqtisadi blokadaya düşmək ehtimalı güclənir ki, bu da ölkəmizin daxili istehlaknı təmin edəcək istehsal imkanları fonunda çox riskli görünür. Deməli, ölkə iqtisadiyyatında bir bahalşam tendensiyanının hökm sürməsi qaçılmaz olacaqdır. Həm ərzaq məhsullarının, həm də qeyri-ərzaq məhsullarının qiymətində artımlar olacaq. Çünki, idxal mallarının ən çox gəldiyi 3 ölkə ilə (Türkiyə, Rusiya, Çin) əlaqələrin kəsilməsi birmənalı olaraq sosial gərginlik mənbəyi hesab oluna bilər.

 

Koronavirusunun bizim ölkəmizə yayılması təhlükəsinin əsas istiqaməti qonşu İran İslam Respublikasıdır. Bu ölkə ilə yay aylarına qədər (bu xəstəlik yay aylarında çox qorxulu olmayacaq) sərhədləri bağlamaq lazımdır. Doğrudur, İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından sayılır. Bu ölkə ilə ticarət dövriyyəmiz  446 milyon dollardır. Bunun 405 milyon dolları İrandan Azərbaycana idxalın payına, 31 milyon dolları isə Azərbaycanın İrana ixracının payına düşür. Təxminən yarı milyard dollarlıq ticarət dövriyyəsinə görə, bu riskə getməyinə dəyməz. Əsasən ərzaq məhsulları, kənd təsərrüfatı məhsullarının kompensasiya etmək üçün Türkiyə bazarına üz tutmaq olar. Təsirləri minimumlaşdırmaq üçün istehlakın coğrafi bölgüsündə dəyişikliklər etmək mümkündür. Bu xəstəliyin miqyası azca ölkəmizə sıçrasa güclü olmayan səhiyyə sistemimiz bunun qarşısında ağlagəlməz acizliyini aşkara çıxarmış olar. Preventiv(önləyici) tədbirlər məqsədilə xüsusilə İranla quru sərhədləri bağlamaq lazımdır. Bu ölkə ilə sərhəd bağlanmasının neqativ iqtisadi təsirləri olacaq, amma keçici olan iqtisadi problemlər bu koronavirisunun dağıdıcı təsirləri yanında heç nədir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti