C5+1

C5+1

Rusiyanın qərb tərəfini əhatə edən Ukrayna və Belarus Moskva ilə qarşıdurma vəziyyətindədir, xüsusən də Ukrayna, onun açıq-aşkar Qərbə can atması ilə əlaqədar Kreml ona qarşı hibrid müharibəsinə başlayıb. Asiyadakı digər iki türk ölkəsi, açıq-aşkar Qərbə meyllilik nümayiş etdirməsələr də və Moskvanı qəzəbləndirməsələr də, öz suverenliklətini və müstəqilliklərini israrla möhkəmləndirirlər.

Bəs bu ölkələri Pompeonun vahid marşrutunda birləşdirən nədir? Dövlət Departamentinin Pompeonun qarşıda duran turnesi haqqında anonslarına nəzər salsaq, bu ölkələri birləşdirən bir amili görmək olar - islahatlar. Qeyd etmək lazımdır ki, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan keçmiş SSRİ-nin tərkibində sahəsinə, əhalisinin sayına, iqtisadi potensialına görə ağır çəkiyə malik respublikalar idi. Postsovet yenidənqurması onların gücünü xeyli sarsıdıb, amma onlar hamısı, daxili qarşıdurmalara və fərqlərə baxmayaraq, demokratikləşmə və islahatlar həyata keçirmək qərarı qəbul ediblər.    

Bəlkə də bu amil və sözügedən ölkələrin dəyişikliklərə hazır olması Pompeonun səfər qərarının əsasını təşkil edib. Postsovet məkanı ABŞ üçün öz təsirini genişləndirməsi nöqteyi-nəzərdən strateji əhəmiyyətə malikdir və dünyanın bu regionunda yeni dəyişikliklər mərhələsində Vaşinqton dörd ölkədə gedən proseslərlə həmrəyliyini vurğulamaq zərurəti hiss edib. Pompeonun səfəri çərçivəsində Amerikanın xarici siyasət idarəsi müntəzəm olaraq Birləşmiş Ştatların 1991-ci ildə postsovet ölkələrinin müstəqilliyini operativ şəkildə tanıdığını və onların suverenliyini dəstəklədiyini vurğulayıb.

"2+2" turnesi çərçivəsində Pompeo postsovet məkanına milli maraqları zonası kimi baxan Moskvanı açıq şəkildə qəzəbləndirməməyə çalışıb. Belarusda dövlət katibi qeyd edib ki, ölkəni geosiyasi istiqamət seçimi qarşısında qoymur və Moskvanın maraqlarına ziyan vuracaq şəkildə hərəkət etməyə çalışmır: Belarusun Rusiya ilə uzun tarixi var, amma biz onlarla bizim aramızda seçimdən bəhs etmirik".

Amma, bununla belə, o, ruslara baxmayaraq, Minskə Sibir nefti əvəzinə Amerika nefti, Ukraynaya isə Ukraynanın şərqində Rusiyapərəst separatçılarla müharibədə silah təklif edib.

Pompeonun Mərkəzi Asiya ölkələrinin Çində uyğurların yatırılması siyasətinə qarşı mübarizə səylərinin birləşdirilməsi təşəbbüsünü də at gedişi adlandırmaq olar. ABŞ əsaslı olaraq Çinlə rəqabəti çərçivəsində uyğur məsələsinə daha çox diqqət yetirir və bu mənada dördü türk ölkəsi olan və Çində icmaları olan beş Mərkəzi Asiya ölkəsinin dəstəyini qazanmağa çalışır. Bu siyasətin iki aspekti Mərkəzi Asiya ölkələrini Vaşinqtonun müttəfiqinə çevirir: SSRİ-nin dağılmasından sonra Çinin regiona doğru genişlənməsi və gizli formada türk-islam dünyasına aid olan uyğurlarla həmrəylik nümayiş etdirən bu dövlətlərin etnik və dini hisslərinin tapdalanması.

Pompeo Qazaxıstan və Özbəkistan rəhbərliyi ilə görüşlərdə, habelə 5 ölkənin xarici işlər nazirlərinin Daşkənddə "Mərkəzi Asiya-ABŞ" (C5+1) strateji tərəfdaşlığı formatında keçirilən görüşündə uyğur məsələsini qaldırıb. Bu ölkələr rəsmi səviyyədə Amerikanın Pekinə qarşı yönəlmiş təşəbbüsü ilə bağlı təmkinlilik nümayiş etdirsələr də, onların Çinin uyğurlara qarşı siyasətinin tapdaladığı hisslərini diqqətə almamaq sadəlövhlük olardı.

Mərkəzi Asiyada Pompeo Özbəkistan və Qazaxıstandakı islahatlardan, həmçinin regiondakı son dəyişikliklər fonunda C5+1-in nüfuzunun və qarşılıqlı fəaliyyətinun artmasından açıq-aşkar məmnunluğunu ifadə edib. "Bu qrupun Mərkəzi Asiya ölkələrinin səylərinin birləşdirilməsinin, o cümlədən terrorizmə qarşı mübarizə və regional iqtisadi əlaqələrin və energetika əlaqələrinin genişlənməsinin getdikcə daha səmərəli üsuluna çevrildiyi sübut edilib", deyə dövlət katibi bildirib.

Kiyevdə və Minskdə də olduğu kimi, Pompeo MA ölkələrinə ABŞ-ın MDB ölkələri ilə siyasi və işgüzar əməkdaşlığını canlandırmaq, Amerika investisiyaları axınını artırmaq və təhlükəsizlik qurumları yaratmaq qətiyyəti barədə mesaj verib.

Vaşinqton artıq "ABŞ-ın Mərkəzi Asiya üzrə yeni strategiyası"nı hazırlayıb və Pompeo Nursultanda və Daşkənddə həmsöhbətləri ilə onu müzakirə edib.

Vaşinqton yeni strategiya zərurətini "Çin və Rusiyanın enerji resursları ilə zəngin regionda nüfuz uğrunda mübarizə aparması, Əfqanıstan döyüşçülərinin isə sabitliyi pozmaqla hədələməsi" ilə əsaslandırır.

ABŞ bu ölkələrin suveren, müstəqil olmasını və ərazi bütövlüyünə malik olmasını istəyir, deyə Dövlət Departamenti qeyd edir. 2019-cu il dekabrın 13-də "ABŞ və Mərkəzi Asiya arasında münasibətlər üzrə" Dövlət Departamentində keçirilən sorğu brifinqində rəsmi dövlət şöbəsi qeyd edib: "...Bu ölkələr müstəqil ölkə kimi inkişaf etsələr, habelə, bizim fikrimizcə, Qərb investisiyalarına və bazarlarına çıxışları olması üçün onlara zəruri olan islahatları həyata keçirsələr, Amerikanın milli müstəqillik maraqları təmin ediləcək".

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti