Ilham Aliyev at the Novruz celebration on March 19, 2019.

Ilham Aliyev at the Novruz celebration on March 19, 2019.

Bu, xalqa qeyri-ənənəvi müraciət idi, real olaraq buna koronavirusun yayılması ilə bağlı fövqəladə hal səbəb olub.

Əliyev müraciətinin preambulasında əhalinin təhlükəsizliyi məqsədilə, koronavirus pandemiyası şəraitində riskli olduğu üçün insanların kütləvi şəkildə bir yerə yığışmasına yol verməmək üçün ənənəvi bayram tədbirlərini ləğv etdiyini bildirib.

Ənənəyə görə, - ki, bu ənənə indiyə qədər pozulmamışdı, - İçəri Şəhərdəki meydanda xalq gəzintilərindən başlayaraq, Qız Qalasının ətəyində bayram tonqalının yandırılmasına qədər bayram tədbirlərində prezident özü şəxsən iştirak edirdi.

Müraciət təkcə virus pandemiyası problemi ilə əlaqədar dəyişdiyinə görə deyil, həm də ziddiyyətli üslubda olduğuna görə də qeyri-ənənəvi idi. Bir tərəfdən prezident xalqı və hər bir vətəndaşı təbrik edir və onlara xoşbəxtlik arzulayır, digər tərəfdən isə bütün günahlarda yenə də ölkə vətəndaşı və Azərbaycanın xalqının bir hissəsi olan sistemsiz müxalifətin iştirakçılarının şəxsində "milli satqınları" günahlandırır və qisas almaqla hədələyirdi. Daxili və xarici siyasətin uğurlarını bəyan etməklə yanaşı, o, koronavirusa, ona qarşı mübarizəyə, profilaktikaya və bayram nitqi ilə çox da əlaqəsi olmayan digər mövzulara kifayət qədər yer ayırıb.

Müraciət strukturu nöqteyi-nəzərdən pis tərtib edilmişdi, prezidentin mesajı təkcə müraciətin ünvanlandığı şəxslərdə deyil, koronavirus pandemiyası dövründə olduğu kimi, dünya tarixinin taleyüklü dövrlərində bu cür mühüm bəyanatları izləyən hər kəsdə ziddiyyətli təəssüratlar və vəlvələ yaradırdı.

Təbrik. Prezident çıxışını üç ayrı tarixlərdə ayrı-ayrı çıxışlara bölməli idi: təbrik, koronavirus pandemiyası, siyasət.

Ölkə üçün belə mürəkkəb zamanda vətəndaşlar dövlət başçısından mənəvi dəstək, nikbinlik və dövlətin şəxsində dayaq gözləyir. Alınmadı.

Koronavirus pandemiyası. Pandemiya başqa bir mövzudur və ona ayrı bir çıxış, dövlət başçısının iştirakı ilə hökumətin real proqramı, məqsəd və vəzifələri, prosesə açıq-aydın baxışı olan müşavirəsini həsr etmək, insanları istiqamətləndirmək, ümidləndirmək, qorxunu və panikanı aradan qaldırmaq, prosesin idarə olunduğunu nümayiş etdirmək lazım idi.

Təəssüf ki, hökumətimiz belə hallarda həmişə gecikib, bu da mənfi nəticələrə gətirib çıxarıb. 2014-cü ildə neftin qiymətinin ucuzlaşmasını, 2015-ci ilin maliyyə böhranını nümunə götürək. Pandemiyada da belə oldu. Operativ Qərargah gec - fevralın 27-də yaradıldı, Çindən sonra virusun ən çox yayıldığı ölkə olan İranla sərhəd gec bağlandı, digər profilaktik tədbirlər gec görüldü və görülür.

"Müxalif" iqtisadçı Qubad İbadoğlu fevralın 27-nə qədər artıq təxirəsalınmaz tədbirlər planını dərc etmişdi, bu tədbirlər arasında tədris müəssisələrində dərslərin dayandırılması, sərhədlərin bağlanması və s. var idi. Amma hökumət bunu gecikmə ilə etdi. Pandemiyaya qarşı mübarizə üçün milyonlarla vəsait ayrılmasına baxmayaraq, apteklərdə spirt, qoruyucu gigiyena maskaları yoxdur. Operativ Qərargahın saytı gec işə salınıb, demək olar ki, bayramqabağı. Maarifləndirmə işi zəif aparılır, bir halda ki, bir sıra ölkələrdə təkcə koronavirusa həsr edilən xüsusi TV-lər yaradılıb. Bu halda belə bir türk telekanalını Azərbaycanda yayımlamaq olardı.

Qərargahın tərkibində vətəndaş cəmiyyətinin nümayəndələrini, könüllülər hərəkatının yaradılmasını, dövlətin və xalqın real olaraq birləşməsi məqsədilə hər hansı müzakirələri görmədik.

Siyasət. Və nəhayət, xalqa bayram müraciətində siyasi rəqiblərə düşmənçilik münasibətinin dilə gətirilməsinə təkcə müraciətin mövzusu nöqteyi-nəzərdən deyil, həm də dövlət başçısı olaraq Əliyevin statusu nöqteyi-nəzərdən bəraət qazandırıla bilməz. Bəlkə də rəqiblərin sözlə linçlənməsi fövqəladə pandemiya vəziyyəti ilə əlaqədardır, amma səmərəsizdir, ən azından, prezidentin öz sözləri ilə desək, güclü mövqedə olan hakimiyyətin özünün təşəbbüskarı olduğu dialoqun başladığı bir şəraitdə. Və həqiqətən də, hakimiyyət fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində öz gücünü real olaraq nümayiş etdirdi və sosial şəbəkələrdə dövlətin bu gücünün və iradəsinin nümayişini əks etdirən çoxsaylı faktlar yer alır.

Dialoq çətindir, amma, xüsusən fövqəladə hallarda zəruridir. Pandemiyaya qarşı mübarizənin, cəmiyyətin və dövlətin birləşməsinin, qeyri-siyasi fəaliyyətin bu gün bu sınaqdan layiqincə çıxmaq üçün hakimiyyət, müxalifət, vətəndaş sektorunun birgə fəaliyyəti üçün platforma ola biləcəyini düşünürəm.  Bu, qeyri-siyasi dialoq üçün zəruri real addımdır və müxtəlif istiqamətlərdə - siyasət, iqtisadiyyat, təhlükəsizlik və digər sahələrdə dialoqlar üçün əsas ola bilər.

Və bu halda biz prezidentin öz çıxışında koronavirusla bağlı vəziyyət kəskinləşdiyi təqdirdə tətbiq etməyi vəd etdiyi fövqəladə haldan xilas ola bilərik. O özü də etiraf etdi ki, hadisələrin necə inkişaf edəcəyini təxmin etmək mümkün deyil.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti