Tamerlane
XIV əsrin sonu XV əsrin əvvəlinin görkəmli sərkərdəsi və dövlət xadimi, yaşadığı dövrdə "dünyanın hökmdarı" adlandırılan bir adam olan Teymur Ləngin (Tamerlan, Temir Aksak) dünya tarixindəki rolu haqqında mübahisələr bu günə qədər davam etməkdədir.
Teymurun "12" rəqəmi haqqında
İlk növbədə, qeyd etmək istərdik ki, Teymurun "Yasa" adlandırılan qanunlar toplusunda əksini tapan qaydaların sayı on iki idi - "hakimiyyət qazanmaq, dövlətləri fəth etmək, fəthləri möhkəmləndirmək və məni taxta layiqlietmək".Hansılar ki "məni taxta çıxarmış, heç vaxt tərəfimdən biganə olmadığım on iki həqiqət və təcrübəm mənə sübut etmişdir ki, bunlara laqeyd olan hökmdar heç vaxt öz ucalığından xeyir əldə edə bilməz".
Burada həmçinin Teymura xas olan on iki mənəvi xüsusiyyətlərin mövcudluğu onu Allahın seçilmişi etdi və "mənim başıma hökmdar tacını qoydu və hökmranlığa təsdiq etdi" ("Tərcümeyi-hal").
Bu sırada "mənə sadiq olan insanların on iki sinifə" bölünməsi və bunun "on iki bürc və hakimiyyətimin on iki ayı" kimi səciyələndirilməsini görürük.
"Yasa"da "12" rəqəmi başqa formatlarda da görünməkdədir. Məsələn, deyilirdi ki, "əgər mənim hərəmimdən hər hansı bir şəxs (qadınım) təhlükəli xəstəliyə tutulsaydı, işi gücü yalnız ibadət və dua etmək olan Həzrəti Peyğəmbərin nəslindən olan on iki şəxsin hər biri öz həyatının bir ilini ona bağışlayar və xəstə şəfa tapar, ömrü isə on iki ildə uzanar"
Burada razılaşmalıyıq ki. "Yasa"da və "Tərcümeyi-Hal"da deyilənlər ciddi və müvafiq qaydada yazılmışdır. Belə halda bəs necə ola bilir ki,Teymurun hakimiyyətinin təməl sütunu olan qayda və prinsipləri birləşdirən "12" rəqəminin dövlət əhəmiyyətli sənədlərdə öz əksini tapması təsadüfdürmi? Bu rəqəmin təsadüfi və ya göydəndüşmə olmaması hətta Teymur haqqında olan tatar salnamələrində də görünür.
Onlardan birində hökmdar "öz nökərlərindən on iksini seçirivə onlara "dünyanın on iki tərəfinə getməyi" əmr edir. Teymurun "on iki" rəqəminə xüsusi münasibəti ilə əlaqədar olaraq XX əsrin tanınmış ispan yazıçısı və sənətşünası olan Xuan Eduardo Kerlot tərəfindən hazırlanmış "Simvollar lüğəti"nə müraciət edək. Bu rəqəm onun tərəfindən ili təşkil edən "adi bir simvol kimi" yenə həmin on iki ay ilə səciyələndirilir, belə ki, bu simvol dünyada və kainatda baş verən "baş verən bütün dövri (tsiklik) proseslərin prototipi kimi çıxış edir (gün, insan həyatının bir hissəsi, mədəniyyətlərin oyanışı və süqutu, kosmik tsikl və s.)". Bütün mövcud tsikllər (dövrlər) "yüksələn və azalan fazadan ibarətdir, yəni təkamül və tənnəzzül". "On iki ədəddən ibarət tsikl (dövr) olan il (və ya Bürclər) yüksələn və azalan fazalar 6 üstəgəl 6 (simmetrik bölünmə) və ya 8 üstəgəl 4 (assimetrik bölünmə) kimi bolüşdürülür". Birinci bölünmə "daha çox həndəsidir".
İli adətən "dairənin içində olan yaşlı bir insanın fiquru" kimi təsvir edirlər. "bu dairənin ikivə ya üç xaricihalqası ayın adları, hər aya uyğun əmək dövrü, Bürclərin adları və s. kimi məlumatları əks etdirir. Dairə və ya tsiklə (dövrə) əsaslanan sistem və sxemlər son hədd kimi"on iki" rəqəminin alınması tendensiyasına malik olurlar.
Qeyd olunanlar fonunda 12 rəvayətdən ibarət oğuzların (türkmənlərin, azərbaycanlıların və türklərin etnogenezində iştirak edən türk tayfalarının bir qrupu) "Kitabi Dədə Qorqud" adlı qəhrəmanlıq eposunu xatırlaya bilərik (Drezden əlyazması).Burada həmçinin, xüsusən də buddizmdə qəbul edilən varlığın on iki üzvlü düsturu və ya 12 nidanla da müəyyən paralel görünməkdədir.
Keçmişdə tanınmış "Külba-Payan kəndindən (20-ci əsrin ortaları) olan Milladaroz (Uzun Hörüklü) ləqəbli tacik şaman"nın peşəkarlığı haqqında danışan Tacikistandan olan tədqiqatçı O.Murodovun onun "on iki günahsız Mansur" haqqında xatirlərini maraqlı sayır. Bu "on iki zəncirinə" həmçinin Heraklın 12 qəhrəmanlığını (qədim yunan mifologiyası), israillilərin on iki qəbiləsini (Tövratdan), on iki həvariləri (Yevangeliydə İsa peyğəmbərin on iki şagirdi), Məhəmməd Peyğəmbərin dini-siyası varisləri olan On iki imamın, skiflərdən əvvəlki dövrə ail Yüksək qəbir kurqan sisiləsindən yayılan on iki şüanı (Ukrayna, Xerson Vilayəti) aid etmək olar.
Burada müasir amerikalı tədqiqatçı, Yaxın Şərqin və Müsəlman Sivilizasiyası öyrənilməsi Mərkəzinin direktoru Carl W. Ernstə (Şimali Karolina Universitetini, Amerika Birləşmiş Ştatları) istinad edərək, onun hələ XIV əsrdə Hisdistanda yaşayıb yaratmış Çiş-ti Sufi qardaşlığının banilərindən və təlimçilərindən olan Bürhan əd-Din Qəribin gündəlik qılınan məcburi beş namaza əlavə olaraq sufilər tərəfindən qılınan beş namaz haqqında dediklərini diqqətinizə çatdırırıq: "Gecə namazı iki yuxu arasında qılınır. Əvvəl yuxuya gedirlər, sonra oyanıb (gecə yarısından sonra) və altı dəfə sülh, əminamanlıq arzu edərək, və Qrandan onlara məlum olan dualardan on iki dövrə oxuyurlar".Əlbəttə, yuxarıda göstərilənlərlə xüsusi bir təvsir vermək artıq olardır, belə ki, Teymurun "arsenalında" "12" rəqəminin "ortaya çıxması"nın təsadüfi olmaması çox aydın görünür.Bu baxımdan, musiqi palitrasına da diqqət yetirsək görərik ki, burada da onikiformatlı çalarlar əhəmiyyət kəsb edir. Nəzərimizi bu xətt boyunca yönəltsək, oxucu üçün qəribə və inanılmaz olsada, Teymura tərəf görünməz bir xətt çəkilər və onun həyatının bəzi nüanslarına daha dərindən bələd olmaq imkanı yaranmış olar..
Mövzumuzdan bir qədər uzaqlaşaq?
XX əsrin birinci yarısında Azərbaycanda müasir peşəkar müsiqi mədəniyyətinin və incəsənətin banisi olan Üzeyir Hacıbəyov XIII əsrdə yaşayıb yaratmış etnik azərbaycanlı olan musiqişünas alim, bəstəkar, şair və xəttat Səfiəddin Urmavinin dünya musiqi xəzinəsinə verdiyi tövhə haqqında danışanda mühüm bir məqam üzərinə diqqət yönəltmişdir. Onun sözlərinə görə, XIV əsrdə Yaxın Şərq xalqlarının musiqi mədəniyyətinin "çiçəklənməsinin ən yüksək zirvəsinə" çatmasına ithaf edilən "on iki sütunlu və altı qülləli tikilidə ucalmışdır". Bu Abidənin "zirvəsində dünyanın dörd bir yanına mənzərə açılırdı: Andalusiyadan Çinə qədər və Orta Afrikadan Qafqaza qədər". On iki sütun "on iki əsas muğamı təcəssüm edir, altı qüllə isə - altı avazı" (63). Avaz (ərəb dilində - avazat, fars dilində - avaz, hərfi mənası "səslə oxumaq" deməkdir) - lad strukturudur. Burada söhbət, XX əsrin dahi musiqişünası, bəstəkarı, dirijoru, ərəb musiqi mədəniyyətinin ən böyük tədqiqatçısı olan britaniyalı HenriCorc Farmerin "Azərbaycan və Yaxın və Orta Şərq musiqisinin əsasını təşkil edən "səs kompleksləri sistemini" yaradan S. Urmavini "sistemləşdirmə nəzəriyyəsi" məktəbinin banisi və "pioneri" hesab etmişdir. Bunların əsasında o on iki ladı (məqamlar, məkamlar) və altı avazı bir sıraya gətirən dəqiq və təkrarolunmaz cədvəl yaratmışdır. Maraqlıdır, deyil mi? Xüsusən də on iki dua dairəsinin və Çiş-ti sufi qardaşlığının altı sülh və əminamanlıq arzuları ilə müşaət olunan məlumatın müqayisə edilməsi. Yəqin ki, bütün eyni sufi məqamları və halları göstərilən "musiqinin on iki rəqəmi"ni daha dəqiq və dərin öyrənilmməsi daha çox məlumatlı və daha maraqlı məqamların ortaya çıxmasına şərait yaradacaq. XX əsrin birinci yarısının görkəmli sovet musiqişünası Aleksey Oqolevets qeyd edir ki, on iki pilləli temperasiya (latın dilindən "temperaytio"- nisbətlilik, düzgün nisbət) "on iki səsli tonal sistemini universallaşdırır". "Harmonik dairələrə" görə inkişaf edən tonal sistemöz inkişafında "6 dairə" əhatə edir və "on iki səsli sərhədləri"tükəndirərək "total yayılma zonasına" keçir.On iki pilləli sistemdə səslərin saniyə intervalı ilə ardıcıllığı altı addımdan sonra bağlanır (yekun səsə qarşı oktavanın intervalı yaranır).Bizi on iki məqama və altı avaza qaytaran maraqlı nisbət. Tanınmış sovet və rus orqanisti, müsiqişünas Aleksandr Maikaparın qeyd etdiyi kimi, " əsasında temperir interval duran tonal hərəkət kvint dairəsi ilə göstərilir və 12 pillədən sonra biz yenidən başlanğıc nöqtəsinə qayıdırıq".
Aleksandr Maikapar səsləndirdiklərini iki şəkil ilə göstərir. Birinci şəkil ("kvint dairəsi") dairə formasındadır, dairənin içində diezlər və bemollar olan dairələr yerləşdirilmişdir, mərkəzdən paylaşan on iki şüa yjnkahsy üzərinə istiqamətlənmişdir. İkinc şəkil ("kvint spiralı") biri birinə sarmaşan üç ovaldan ibarət olan spiral formasındadır. Simvolik mənada spiral "Kainatın təkamülünün sxematik obrazı" deməkdir. Yəqin ki, bu notlarla da biz Teymurun çox şahəli obrazına qayıda bilərik və bu tarixi personajın ayrı-ayrı nüanslarına aydınlıq gətirə bilərik.
Teymurun ovalları.
Qeyd etdiyimiz kimi, Sufizm elementləri ilə zəngin olan musiqidə "dairəvi" səslənmə sistemi açıq şəkildə ortaya çıxır. Burada maraqlı məqamlardan biri də odur ki Teymurun simvollarında məhz elliptik dairələr göstərilmişdir. İspaniyalı diplomat və səyyah Rui Qonsales de Klavixo Kastiliyanın kralı Üçüncü don Enrikenin tapşırığı ilə 1404-1405-ci illərdə Səmərqənddə səfirliyin başçısı olub. O Teymuru herbini bu cür təsvir edirdi: dairənin içərisində "üç 0 oxşayan dairə var". Onlardan yuxarıda yerləşən iki dairə horizontal, aşağıda yerləşən isə vertikaldır.
"Həmin dairələr həmçinin Teymurun möhürlərində də öz əksini tapmışdır, hansılarda ki, "həqət" sözü yazılmışdır". Teymur bu simvolunu sikkələr üzərinə də vurulmasını əmr edirdi. Belə simvollar "onun əmri ilə hazırlanmış bütün əşyaların üzərində qoyulrdu", fəth edilmiş və xərac yığılan xalqlar arasında yayılırdı. Klavixoya görə bu simvol Teymur "dünyanın üç hissəsinin" çarı olmasına işarə edirdi.
Burada istər-istəməz A.Maikaparanın tətqiqatı zamanı ortaya çıxan şəkilklərlə asosiasiyalar yaranır - üç biri-biri ilə əlaqəli olan üç oval formasında spiral. Qoy onlardan heç biri şaquli olmasın, lakin mahiyyət və ümumi fon birmənalı olaraq Teymurun dairələrinin altında nəyin dayanmasını göstərir.
XIX-XX əsrin arxeoloqu məşhur rusiyalı rəssam, filosof-mistik, yazıçı, səyyah, Nikolay Rerix tərəfindən bu simvolun seçilməsi çox simptomatikdir. Onun yaratdığı, Rerix Paktının simvolu olan Barış Bayrağı insanlığın mədəni irsinin qorunması haqqında ilk beynəlxalq müqavilədir (1935-ci ildə Vaşinqtonda şimali və Cənubi Amerikanın 20 ölkəsinin nümayəndələri tərəfindən imzalanmışdır).
N. Rerixin sözlərinə görə, onun təklif etdiyi Bayraqda ağ fon üzərində "üç" birləşdirilmiş amarant sferaları "Əbədiyyətin və Birliyin" rəmzləridir.
"Üçlərin birliyi" haqqında danışanda, Nikolay Rerix onu nəinki Teymurun "Tamqa"sında (möhür) və ya Cəmərqəndin herbində, hətta Çində yerləşən Səma Məbədində, buddizm bayraqlarında, Monqolustan qayalarında, flamand rəssamı Hans Memlinqin çəkdiyi "Məsihə sitayiş" tablosunda İsanın sinəsində, qafqaz qılınclarının üzərində və s. görmək olar. "Biriləri deyir ki, Əbədiyyət halqası ilə birləşdirilmiş keçmiş, bu gün və gələcək, başqaları Mədəniyyət halqası ilə birləşdirilən din, bilik və incəsənətdir". Hazırladığı bayrağa Nikolay Rerix "bütün Sivil Dünyanın" simvolu kimi müəyyən edirdi, və bunula da "şanlı Gələcək üçün Keçmişin nəcib irsini təhlükələrdən qorumaq" üçün "təxirəsalınmaz tədbirlərin"görülməsinə çağırış edirdi".
Lakin, Rerixlərin Beynəlxalq Mərkəzinin elmi şöbəsinin baş elmi işçisi Aleksandr Barkov qeyd edir ki, Rerixin Bayrağı simvolunun "Üçlüyün birliyi dövrünün Əbədiyyət dairəsində" kimi şərh edilməsi "yalnız yüksək inkişaf etmiş sivilizasiyalara" aiddir.
Simvolun özü isə "bu təsəvvürlərdən daha qədimdir", və onun "qədimi mənası", "ziddiyyətlərin birləşməsi" ola bilər. Simvolik olaraq, bu üçlüyün birliyiüç qismən kəsişən dairələrdir ki, hansı ki şübhəsiz "yaranan həyat" mənasına daha uyğundur.
Burada yenə də A.Maikaparın bir-biri ilə iç-içə üç şaquli ovalın kəsişməsindən yaranan spiral yada düşür. Bunu gözəl poetik formada XVIII-XİX əsrlərdə yaşamış Alman şairi, mütəfəkkiri İoqan Volfgang Göte tərəfindən təsvir edilmişdir.,
Onun sonu - əksin başlancığıdır,
Əvvəlində və sonunda nə var,
Bu yenə də ortada açıqlanır.
Yeni bir həyatın yaranmasını N. Rerix tərəfindən keçmişin, bu günün və gələcəyin - üçlüyünbirləşməsi ilə əlaqələndirmək olar. Həyatın yaranması.Davamlılıq. Təsadüfi deyil ki, Teymurun dövründə olan sikkələrində onun simvolu bəzən "mövqeyini dəyişir", yəni bəzi hallarda alt hissədə iki şaquli dairə aşağı hissədə yerləşir. Real "sirkulyar birləşmə".
Müəllifin sözlərinə görə, fərdi formatda Teymurun simvollarının mənasının tam dərk edilməsiüçün XX əsrin görkəmli fransız filosofu, simvolizmin mahir bilicisi Rene Genonun fikirlərini öyrənmək yereinə düşərdi.Xatırladaq ki Rene Genon İslamı qəbul etmiş və sufi ordeninə mənsub idi. Uzaq şərqin (Çin) ənənəsi olan soimvolizm haqqında düşüncələrini bölüşərkən, o, "üçlüyün simvolizmdə roluna" diqqət yetirir. Üç termindən "Səma, Yer, İnsan" yaranmış Böyük Triada insanın yeri ortasdadır, yani yerlə göy arasında, başqa sözlə desək "Varlıq" (Səma) və "universal substansiya (Yer)". Başqa sözlə desək Varlıq" (Səma) və "universal substansiya (Yer) arasında hərnöv təzahürlər baş verir (bu induizmə xas olandır). Həndəsi fiqur kimi bu trada başı aşağı istiqamətlənmiş üç bucaqdır. Burad üç nöqtənin mövcud olması görünür - iki yuxarda, biri aşağda.
Teymurvə Azərbaycan Demokratik Respublikası
Teymur Osmanlı İmperiyasına ən çox zərbə vurmuşdur. Lakinbuna baxmayaraq növbəti yüzilliklər ərzində o Türk dünyasının birləşdirən (Turanın) kimi qələmə verilməsə də, onun ruhlandırıcılarından birinə çevrilmişdi. Bu tezisin reallığı aşağıdakılardan anlaşılır.
1905-ci ildə azərbaycanın tanınmış alimi, filosofu, rəssamı, həkimi olan Əlibəy Hüseynzadə azərbaycan xalqının yaşaması və tərəqqisinin üç əsas prinsipini müəyyən etmişdir: bunlar tükçülük, islam və avropalaşmadır.
Bu o deməkdir, "bu yolda biz öz türçülüyümüzlə ruhlanmalıyıq, İslama inanmalıyıq və müasir Avropa sivilizasiyasından bəhrələnməliyik". Türk dünyasında ilk dəfə bu üç prinsip məhz Hüseynzadə tərəfindən irəli sürülmüşdür.
Bir nəçə il sonra Azərbaycan Demokratik Respublikasının yaradıcısı, gələcək Milli Şuranın Sədri Məmməd Əmin Rəsulzadə yazırdı ki, "türkçülük ideologiyası bir siyasi sistem kimi ön plana çəkilir." Onun sözlərinə görə "ictimai ideologiya sistemi" addım addım "ismizmin dini sistemindən türkizmin milli sisteminə keçir", və müvafiq olaraq türk mətbuatında qabaqlar müsəlman adlandırılan frazeologiyanı da dəyişir". 1915-ci ildə M.Ə.Rəsulzadə bizim seçdiyimiz yolun əsası kimi millətçiliyi görürdü. "Hər bir millət öz tərəqqisi üçün üç əsasa ehtiyac duyur: dil, din və dövr". Dilimizə görə biz türkük, dinimizə görə - müsəlman. Müsəlman olduğumuz üçün "biz türklər İslam İnternasionalının bir hissəsiyik, bir Allaha sitayiş edirik və bir mədəniyyətin sahibiyik".
Lakin "müstəqil yaşamaq" arzusunda olanlar, "özlərini müasir elm və sənətlə silahlandırmalıdırlar". Beləliklə, "sağlam və marifli millət üçün" işləmək niyyətində olanlar üç əsası qəbul etməlidirlər- Türkləşməni, İslamlaşmanı və müasirləşməni ".
Rəsulzadə tərəfindən qeyd olunan "üçlüyün birliyində", hətta sxematik təsvir olmasa da, Teymurun "üç dairəsi" ilə bir aşa əlaqənin olması görünməkdədir.
Əvvəlki müzakirələrimizin xəttlərinə əməl edərsənsə, M. E. Rəsulzadənin təqdimatında N. Rerix (ideoloji formatda), A. Maikapar (musiqi sahəsində) və elmi tədqiqatçıların fikirlərində ilk iki dairənin bir törəməsi kimi yeni bir həyatın (üçüncü dairənin) doğum ideyası meydana çıxır. Bir biri ilə kəsişən üş əsas haqqında danışan Rəsulzadə faktiki olaraq həmin o üç ovalın kəsişməsindən yaranan spiralla vəhdət təşkil edir. Dövriyyədə açıq görünür ki, bir tərəfdən "müasirləşmə" (üçüncü dairə) türkləşmə mə islamlaşma ilə sıx əlaqədədir; digər tərəfdən isə yeni həyatın cücırtilərinə çevrilir. Beləliklə, bu üç əsasda bylbdblev yerləşir. Türkləşmə və islamlaşma ilə bir məkanda olduğu müddətdə cəmiyyətinin və dövlətinin tərəqqisi yolunda inamla addımlayır. Təsadüfi deyil ADR Hökumətinin 1918-ci ilni noyabrda Azərbayacan üç rəngli, ağ ayparalı və səkkiz güşəli ulduzlu bayrağının dövlət bayrağı kimi elan edilməsindən sonra M.Ə.Rəsulzadə demişdir: " Milli Şura tərəfindən qaldıran və türk azdlığının (mavi rəng tenqri tərəfindən yaradılan), islam mədəniyyətini və müasirliyi təcəssüm edən müstəqil Azərbaycanın bu üç rəngli bayrağı hər zaman ucalacaq". Həmin ovallar lakin düz bucaq şəklində bu bayraqda görünmürmü?
Bayrağın qəbul edilməsindən sonra dahi Üzeyir Hacıbəyov (ADR-in himnin musiqisinin müəllifi) yazırdı: "Bayrağımızın rənglərinin mənası mavi rəng - Türkçülüyün rəngini, yaşıl rəngi - İslamın rəngini və qırmızı rəng - tərəqqinin və mədəniyyətin rəngini müəyyənləşdirir". Diqqət yetirin ki,bayraq üzərində qırmızı rəng ortada yerləşir, yəni mavi ilə yaşılın arasında. Bu təsadüfdürmü??
Azərbaycan tarixçisinin, Azərbaycan Tarixi Muzeyinin elmi sərgi və sərgi təşkilatı şöbəsinin müdiri Səbuhi Əhmədovun sözlərinə görə, ADR dövründə Teymurun hər zaman "türk dünyasının ucalığı simvolu olaraq təbliğ edilirdir" və bu "hətta Respublikanın simvolikasının yaranmasında da əks olunmuşdur". Həqiqətən də, ADR-in hərbi naziri Səməd bəy Mehmandarovun 19919-cu ildə verdiyi əmrinə
əsasən piyada və süvari alaylarının, ayrıca batalion və hərbi məktəblərin bayraqları təsvir olunurdu. Mavi rəng olan parçanın qırağında "Teymur Ləngin qəbrinin üstündə olan simvol yerləşir"; "yaşıl lent üzərində doğma diyarın sərhədlərinin qorunması, kişilik və qətiyyətlik simvolu olan Teymur Ləngin nizəsi və muncuq əlavə olunub".
Indi keçək bayrağın yuxarı hissəsinə. Burada silindr fiquru üç qızılı rəngdə halqalar ilə əhatə olunu, silindrin yuxarı hissəsi qıraqları mişarvari kəsilmiş çıxıntılı halqa şəklindədir (yarı-elipsouid). Qızılı orbiti ilə əhatə olunmuş mavi rəngdə şar (çox qəribə dairədir!) "kiçik və böyük ulduzlar ilə bəzədilmişdir" : böyük ulduzların sayı 7, kiçiklərin isə 5-dir (cəmi hər yarımkürədə on iki). Nizə, Teymur Ləngin nizəsinin şəklindən götürülmüdür, "yuxarı istiqamətlənib və elə bil ki, insan ruhunun göylərə arxalanan mükəmməlliyi ideyasını göstərir".Sifarişdə öz əksini tapmış bu eskizin yenidən qurulmasının əsas məqsədi: xalqların milli inkişafının özünəməxsusluğunu və qədim Müsəlman memarlığının qalıqlarını, xüsusilə qüdrətli Əmir Teymur-Lənqin və onun Səmərqənddki əsabələri tərəfindən dünya mədəniyyətləri üçün, xüsusilə də inkişaf edən və yenidən dirçələn Azərbaycan Respublikası üçün çox dəyərlidir".
( AR Dövlət arxivi, f.2900, оп.1, д.1, л. 128-130. Цит. по: AзepбaйджанскаяДемокpaтичecкaяPecnyбликa (1918-1920). Армия (Документы и материалы). Бaкy, 1998. с. 154-157).
Yuxarıda qeyd olunanlar kontekstində M.Ə.Rəsulzadə Teymuru ümumtürk dünyasının tarixi qəhrəmanı adlandırırdı. Deyilənlərə istinad edərək demək olar ki, Teymuru on iki rəqəmi və Teymur dövrünün mənəvi-tarixi faktoru ("musiqili-həndəsi" sahə) ADR-in idealogiyasına tamamilə yerləşdilimişdir.
Rəy yaz