![Aİ Nümayəndəliyi Azərbaycanda çimərliyin təmizlənməsi kampaniyası keçirib](https://turan.az/resized/media/2018/main/091500013225-750-500-resize.webp)
Aİ Nümayəndəliyi Azərbaycanda çimərliyin təmizlənməsi kampaniyası keçirib
Baku/15.09.18/Turan: 15 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günündə Avropa İttifaqı Nümayəndəliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, EkoSfera Sosial və Ekoloji Mərkəzinin dəstəyi ilə Avropa İttifaqına Üzv Dövlətlərin Səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlarını çimərliyin təmizlənməsi kampaniyası üçün səfərbər etmişdir.
"Çimərliyin çirklənməsi hər birimizi narahat edir, bu, hər birimizin töhfə etdiyimiz bir problemdir, bu məsələni birlikdə həll etməyimiz daha ədalətli olar. Bu səbəbdən də dənizin zibillənməsinin təsirləri barədə məlumatlandırmanı artırmaq üçün bu gün burada bir araya gəlmişik, dünyamızı tək təmizləməklə deyil, həm də zibilləməməklə çirklənməkdən qorumaq üçün hər kəsi bizə qoşulmağa çağırırıq", Aİ Nümayəndəliyinin Rəhbəri Səfir Kəstutis Yankauskas demişdir.
Diplomatik icmanın 200-dən artıq nümayəndəsi və onların ailə üzvləri Bakının Novxanı qəsəbəsindəki çimərliklərin birini təmizləməklə kampaniyaya qoşulmuşlar. Azərbaycan-Fransız Universitetinin tələbələri, Açıq Qonşuluq layihəsi tərəfindən idarə olunan "Gənc Avropa Səfirləri" şəbəkəsinin iştirakçıları, Aİ Nümayəndəliyinin təşkil etdiyi Avropa Məktəblərinin keçmiş tələbələri də təşəbbüsə qoşulmuşdur. Qeyd etmək lazımdır ki, Aİ Nümayəndəliyi Aİ ÇimərliyinTəmizlənməsi Kampaniyasına bütün dünyada qoşulmuş 40 Nümayəndəlikdən biridir.
Bəzi maraqlı faktlar:
- Dənizdə olan zibillərin təxminən 95% okeanın dibinə çökür, dəniz yanağına, fauna və floraya zərər vurur. Dəniz zibilin yalnız 5%-ni sahilə vurub çıxarır.
- Aİ-da sahilyanı zibilliklərin 80-85% plastikdən ibarətdir. Sahildə olan plastik zibillərin təxminən 50% bir dəfə istifadə edilən plastikdir (plastik torbalar, plastik çəngəl-bıxaq, salfet və yemək qabları, fincan və s.)
- Hər il 8 milyon plastik dənizə atılır. Onun çürüməsi yüz illər çəkir, zibil xırda hissələrə parçalanır və sonda bizim qida zəncirinə daxil olur.
- BMT-nin Ətraf Mühit proqramı plastik zibilliklərin dəniz eko-sistemlərinin cəmi təbii kapitalına vurduğu zərəri illik olaraq 13 milyard ABŞ dolları dəyərində hesablamışdır.
- 29-30 oktyabrda ümumdünya okean liderləri Balidə keçiriləcək 5-ci Our Ocean konfransında bir araya gələcəklər. Aİ həm daxildə, həm də xaricdə daha sağlam və ekoloji daha təmiz okean və çiçəklənən sahilyanı icmalar naminə işləməyə qərarlıdır.
Bu barədə xəbəri Aİ Nümayəndəliyi yayıb.--0--
-
- Cəmiyyət
- 15 Sentyabr 2018 19:16
-
- Foto sessiyalar
- 15 Sentyabr 2018 21:10
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz