Azərbaycan Müdafiə Nazirliyi üç əsgərin ölümü haqqında məlumatı təkzib edib
Bakı/17.09.18/Turan: Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü mitinqdə çıxış edərkən son üç gündə Ermənistan tərəfin 3 Azərbaycan əsgərini öldürmək "məcburiyyətində qaldığını" bildirib. "Son günlər Koti, Baqanis, Çinari kəndləri istiqamətində gedən fəal atışmanı nəzərə alaraq, başqa yolumuz yox idi", deyə o bildirib.
Paşinyan İlham Əliyevin oğlunun hərbi qulluğa başlamasını alqışlayıb, bunun erməni sakinlərinə atəş açmaq istəyinin qarşısını alacağına ümidini ifadə edib.
Eyni zamanda, o deyib ki, Əliyevin oğlu Bakıda, cəbhə xəttindən uzaqda xidmət edəcək. Amma Paşinyanın oğlu könüllü olaraq Qarabağa gedib. Azərbaycan xalqı Əliyevin oğlunun da ön cəbhədə, həm də Paşinyanın oğlunun xidmət etdiyi istiqamətdə xidmət etməsini tələb etməsi ədalətli olardı, deyə Ermənistan baş naziri bildirib.
Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi Paşinyanın Azərbaycan əsgərlərinin öldürülməsi haqqında sözlərini təkzib edib, bunu "yalan məlumat" adlandırıb. -02D-
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
Rəy yaz