İctimaiyyət bütün həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
Bakı/17.09.18/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ölkənin media və vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan hakimiyyətinə Firəngiz Hüseynovanın - həbsdə olan Mehman Hüseynov və mühacirətdə olan Emin Hüseynovun analarının ölüm səbəblərini obyektiv araşdırmaq çağırışı yer alan birgə bəyanatını yayıb.
"İyulun 15-də xəstəxanaya yerləşdirilən Firəngiz Hüseynova avqustun 5-dən 6-a keçən gecə oğlu Mehmanı görmədən dünyasını dəyişib, məhz oğlunun həbsi onu səhhətinin pisləşməsinə əsas səbəb olub", deyə bəyanatda bildirilir.
Mehmanın həbsi Firəngiz Hüseynova üçün ikinci ciddi sarsıdıcı zərbə idi. 2014-ci ilin avqustun 8-də Azərbaycan Baş Prokurorluğu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və Azərbaycanda insan hüquqları sahəsində çalışan digər yerli və xarici QHT-ə qarşı açılmış cinayət işi çərçivəsində onun evinə basqın edərək axtarış aparıb. O, 2014-cü ilin ortalarında vətəndaş cəmiyyətinə qarşı başlanmış repressiyalar çərçivəsində həbsdən yayınmaq üçün 2014-cü ilin avqust ayından 2015-ci ilin iyun ayına qədər İsveçrənin Bakıdakı səfirliyində gizlənməyə məcbur olan Emin Hüseynovun qaçması ilə bağlı iki dəfə qanunsuz olaraq.
Böyük oğlu Eminin İcveçrədə məcburi siyasi mühacirətdə, ortancıl oğlu İbrahimin müddətli hərbi xidmətdə olması səbəbindən yalnız Mehman anasının sağlamlığının qayğısına qala bilə və ağır günlərində ona mənəvi dəstək ola bilərdi. Vəkillərin və Mehmanın hakimiyyətə çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət ona azadlığa çıxmağa və anasının sağlamlığının qayğısına qalmağa, ona zəruri mənəvi dəstək verməyə imkan vermədi.
Ona yalnız anasının dəfnində iştirak etməyə imkan verdilər, deyə bəyanatda bildirilir.
Bir aydan çoxdur istintaq orqanları Hüseynovlar ailəsinin vəkillərinə 2018-ci ilin avqustun 6-da günorta saatlarında keçirən patoloji-anatomiya ekspertizasının rəyin təqdim etməkdən imtina edirlər.
Bu, rejim tənqidçilərinin yaxud onların qohumlarının xəstəxanada müammalı şəraitdə vəfat etdiyi ilk hal deyil.
Bəyanat müəllifləri Azərbaycan hakimiyyətini Firəngiz Hüseynovanın ölümünün araşdırılmasını sürətləndirməyə, ailəsini zərərçəkmiş tərəf kimi tanımağa, həmçinin alternativ araşdırma aparmaq üçün vətəndaş cəmiyyətinə hər cür köməklik göstərməyə çağırırlar.
"Biz həmçinin Azərbaycanda bütün vicdan məhbuslarının həbsdən azad edilməsini tələb edir və Azərbaycan hakimiyyətini tənqidçilərinə, onların ailə üzvlərinə, həmçinin bütövlükdə vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağa çağırırıq", deyə bəyanatın sonunda qeyd edilir. -06D-
-
- İqtisadiyyat
- 17 Sentyabr 2018 11:58
-
- Cəmiyyət
- 17 Sentyabr 2018 12:20
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz