Azercell-dən GəncOL8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET
Endirimli tariff paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hərkəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom dərs ilinin başlanması ilə əlaqədar abunəçilərinə yeniliklər vəd edir. 12.09.18 - 15.12.18 tarixlərində keçiriləcək yeni kampaniya çərçivəsində GəncOL 8 tarifinə qoşulan hər birkəs Azercell-dən AYLIQ 1GB HƏDİYYƏ əldə edəcək. Abunəçilər bu pulsuz internet paketindən ayda 1 dəfə olmaqla növəbti 3 ayda yararlana biləcəklər. GəncOL8 tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G8 yazıb 7575-ə göndərməlidirlər. Beləliklə, ayda cəmi 8 AZN ödəyib GəncOL8 tarif paketinə qoşulmaqla abunəçilər 4GB əvəzinə 5GB internet, üstəlik, GəncOL abunəçiləri arasında 400 pulsuz dəqiqə, şəbəkə daxili 400 pulsuz sms əldə edəcək.
Gənc OL8 tarifinin üstünlükləri bununla bitmir. Bu tarifə qoşulmaqla Azercell müştəriləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hal-hazırda, GəncOL paketi ilə abunəçilər 200-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz