Dərman qıtlığı niyə yaranıb?

O, Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Layihənin rəhbəri Emin Sultanovun sözlərinə görə, bu elektron resurs, ilk növbədə, müştərilərin (pasiyentlərin) lazım olan dərman preparatları axtarışında rahatlığı və az vaxt sərf etməsi üçün nəzərdə tutulub.  Perspektivdə onun interfeysi ingilis dilinə lokallaşdırılacaq. Bundan əlavə, Android və İOS əməliyyat sistemləri idarəsi altında işləyən cihazlar üçün mobil əlavəni  buraxmaq planlaşdırılır.

Səhiyyə sahəsində yeni təşəbbüs, şübhəsiz,  tərif- və təqdirəlayiqdir. Bir neçə dəqiqə ərzində lazımi preparatı tapmaq, aptekin ünvanını öyrənmək və onu  almağa getmək olar. Fəqət bu, o  qədərmi tez və asan baş verir? Əsla.

Şəxsi təcrübə və sosial şəbəkələrdə istifadəçilərin məlumatları göstərir ki, bu gün yerli farmakologiya bazarı dərin sarsıntı keçirir. Apteklərin  bağlanması azmış kimi, üstəlik göz, infeksion və terapevtik xəstəliklər üzrə kəskin dərman qıtlığı yaranıb. Məsələn, Bakının Hövsan qəsəbəsinin sakini  keratokonus (buynuz qişasının nazikləşməsinin yaratdığı şiddətlənən xəstəlikdir) ğöz xəstəliyindən əziyyət çəkən  İlham  Məcidov bir  aydan çoxdur ki, buynuz qişanın müdafiəsi üçün istifadə edilən "Xiloial mono" preparatını (tübikdə) axtarıb tapa bilmir. Bu dərman,  Z.Əliyeva adına göz xəstəlikləri ETİ-nin apteki də daxil olmaqla, paytaxtın heç bir aptekində yoxdur. Onların effektivliiynə İ.Məcidovun çox şübhə dtdiyi digər surroqatlar  (əvəzedicilər) təklif edirlər. Büna görə də o,  tanışından həmin preparatı Moskvadan gətirməyi xahiş etməyə məcbur olub.

Bakının həm  mərkəzində, həm də ətraf qəsəbələrində apardığımız aptek  monitorinqi  göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Satışdan antibiotiklər, infeksion xəstəliklərin müalicəsi üçün tətbiq olunan "Sefazolin", "Linkomisin", "Levomisetin" yoxa çıxıb. Zəif və mülayim intensivli ağrı sindromundan əziyyət çəkən xəstələr üçün nəzərdə tutulmuş "Spazmalqon" preparatını heç də hər aptekdə tapmaq olmur.

Contact.Az-ın müxbiri ilə söhbətdə Bakıxanov qəsəbəsindəki bir çox aptek satıcıları bildiriblər ki, dərman təminatında fasilələr var, satışa Rusiya istehsalı olan preparatlar daha çıxarılmır. Satılanlar isə  əvvəlki partiyanın  qalıqlarıdır. Bu gün distribütor firmaları Avropaya səmtləşib oradan bahalı dərmanlar gətirərək onları faktiki olaraq xəstələrə sırıyırlar. Əvvəllər 2-3 manata baça gələn populyar vitaminlər indi başqa adda və qablaşdırmada, 20-25 manata satılır. Bu cür vəziyyət onkoloji, kardioloji, nevroloji təyinatlı preparat  qrupları üzrə də müşahidə olunur. Bir sözlə, farmakoloji  bazar oyunçuları  həm qiymət siyasətini, həm də tədarük etdikləri  məhsulun  çeşidini  dəyişiblər.

Hərçənd baş nazirin müavini Əli Əhmədov israr edir ki, Azərbaycanda dərman qıtlığı ilə bağlı böhrav vəziyyəti yoxdur və əgər bir aptekə müəyyən bir mikstura (qaşıq dərmanı)  yoxdursa, bu heç də o demək deyil ki, onlar ümumiyyətlə yoxdur. Ölkənin farmakologiya bazarının təxminən 100%-i idxal məhsullarından ibarətdir. Ona görə də tədarüklə bağlı müəyyən problemlər yaranır və hökumət onları həll etməyə çalışır.

Ekspertlər deyirlər ki, apteklərdə antibiotiklər, ağrıkəsicilər, ürək xəstəlikləri və  allergiyaya qarşı dərman çatışmazlığı var. İqtisadçı-ekspert Azər Mehdiyevin sözlərinə görə, valyutaların məzənnəsinin dəyişməsi satınalma qiymətlərinin artmasına gətirib çıxardı, çünki bütün preparatlar ölkə  hüdudlarından kənarda alınır. Dərman qıtlığı məhz  satınalma qiymətlərinin artırılması ilə bağlıdır. Şirkətlər kifayət qədər çətin vəziyyətdədir, onların dərman tədarükü üçün nəzərdə tutulmuş büdcələri Avropa satış qiymətlərinə tam uyğun deyil, nəticədə tədarük kəmiyyətcə azalıb, xəstələrin tələbatı isə ötən ilin səviyyəsində qalıb. Bu vəziyyətdə apteklər xarici preparatları Pakistan patentsiz oxşarları  ilə əvəz etməyə çalışırlar.

Mehdiyev bəsirətlə deyir ki, hadisələr bu ssenari üzrə inkişaf edərsə, dərmanlar daha da bahalaşacaq. Bu ilin sonuna anbarlardakı məhsul qurtaracaq,  dərmanlarə  isə artıq yeni qiymətlərlə almaq  lazım gələcək.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti