Гусейн Абдуллаев
Hüseyn Abdullayevin həbs müddəti üç ay uzadılıb
Bakı/12.09.18/Turan: Sentyabrın 12-də Bakının Nəsimi rayon məhkəməsi istintaqın Azərbaycan parlamentinin keçmiş deputatı Hüseyn Abdullayev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında təqdimatını təmin edib.
Bu barədə məhkəmədən bildiriblər.
Abdullayevin vəkili ona qarşı irəli sürülmüş ittihamlar və onun işi üzrə istintaqın gedişi ilə bağlı şərh vermir.
Azərbaycan parlamentinin keçmiş hökumətyönlü deputatı Hüseyn Abdullayev 2013-cü ildə Azərbaycandan mühacirətə gedib və ölkə hakimiyyətini tənqid edib. Bundan sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb. Aprelin 22-də o, Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunub.
Abdullayev həmçinin 192.2.2 (qanunsuz sahibkarlıq, böyük gəlir əldə edilməklə törədildikdə), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4, 182.2.1 (bir qrup şəxsin əvvəlcədən əlbir olaraq hədələməklə pul tələb etməsi), 182.2.2 (eyni əməllər, təkrarən törədildikdə) və 182.2.4 (eyni əməllər zərərçəkmişə böyük ziyan vurulmaqla törədildikdə) maddələrlə ittiham edilib. -03C06-
-
- İqtisadiyyat
- 12 Sentyabr 2018 14:25
-
- İqtisadiyyat
- 12 Sentyabr 2018 15:49
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz