Namiq Cəfərli
infoaz.org saytının rəhbəri DTX-ya çağırılıb (YENİLƏNİB)
Jurnalisti DTX-ya yazılarına görə çağırıblar
Bakı/21.08.17/Turan: "infoaz.org" saytının rəhbəri Namiq Cəfərli bu gün, avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətində yazılarına görə, soğru-sual edilib.
Bu haqda jurnalistin özü DTX-dan çıxdıqdan sonra Turan-a bildirib.
"Dövlət Təhlükəsizlik Xidmətinə çağırılmağım rəhbəri olduğum saytda yayımış bəzi yazılarla bağlı idi. Həmin yazılara müəyyən iradlarını bildirdilər", deyən jurnalist həmin yazılar barədə detallı danışmayıb. Bununla belə, o, qeyd edib ki, DTX təmsilçilərinə müzakirə mövzusu olan yazıların məzmunu ilə bağlı öz arqumentlərini də təqdim edib.
N.Cəfərli DTX-da onunla normal rəftar edildiyini qeyd edib.
"Mənə qarşı hər hansı təzyiq olmadı. Normal şəkildə yazılar barədə fikir mübadiləsi apardıq", jurnalist bildirib.--0--
* * *
2017 Avqust 21 (Bazar ertəsi) 22:40:23
infoaz.org saytının rəhbəri DTX-ya çağırılıb
Bakı/21.08.17/Turan: Ötən həftə bloklanan infoaz.org saytının rəhbəri Namiq Cəfərli Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Bu haqda jurnalistin özü məlumat verib.
N.Cəfərli deyib ki, ona telefon edərək bazar ertəsi saat17:00-da DTX-da olmasını bildiriblər, amma çağırışın səbəblərini açıqlamayıblar.
Ötən cümə günü isə N.Cəfərli Baş Prokurorluğa çağırılıb. Onun sözlərinə görə, buna prezidentin köməkçisi Əli Həsənov və hakimiyyətdaxili mübarizə haqda yazdığı yazı səbəb olub. Yazı ilə bağlı jurnalistə rəsmi xəbərdarlıq edilib.
Həmin gün onun rəhbərlik etdiyi sayt Azərbaycan ərazisində bloklanıb.
Bu gün N.Cəfərli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.-05B-
-
- Maliyyə
- 21 Avqust 2017 17:15
Cəmiyyət
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Каковы месседжи из последнего интервью Ильхама Алиева и кому они адресованы? - беседа с Аркадием Дубновым
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:35
- 317
Rəy yaz