İyul ayının son günü üçün hava haqqında

Bakı/30.07.18/Turan: İyul ayının son günü Bakıda və Abşeronda hava isti və quru olacaq, rütubət yüksək olacaq. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyilə əvəzlənəcək.

Havanın temperaturu gündüz +32+37 dərəcə olacaq. Abşeron çimərliklərində suyun temperaturu şimal sahillərində +28, cənubda +29 dərəcə olacaq.

Rütubətin çox olması və isti meteohəssas adamlara rahatsızlıq yaradacaq.

Ölkə rayonlarında yağıntı gözlənilmir. Mərkəzi aran rayonlarında havanın temperaturu +40, dağlarda +30 dərəcə olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti