Qəbul imtahanları başa çatır
Bakı/30.07.18/Turan: Azərbaycanda ali məktəblərə qəbul kampaniyası finişə yaxınlaşıb. İyulun 30-dan ali və orta ixtisas məktəblərinə uğurla imtahan verən abituriyentlərin ixtisas seçimi başlayır. Bu proses avqustun 31-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında bildirib ki, I-IV qruplar üzrə yaz və yay imtahanlarında 74 438 abituriyent iştirak edib. Lakin seçim müsabiqəsinə V ixtisas qrupu abituriyentləri də daxil olmaqla 91 498 nəfər buraxılıb. Bu il ali məktəblərdə bakalavrlar üçün 45159 planlı yer ayrılıb ki, bu da ötən ilin göstəricisindən 2303 yer və ya 5,37% çoxdur.
Mövcud qaydalara görə, I və IV ixtisas qrupları üzrə müsabiqədə ən azı 200 bal toplayan və hər fənn üzrə nisbi balı (istənilən bir fənn istisna olmaqla) ən azı 10 olan abituriyent iştirak edə bilər (dövlət sifarişi ilə vakant yerlərə ən azı 250 bal toplamaq lazımdır və hər fənn üzrə nisbi bal ən azı 10 olmalıdır).
II və III ixtisas qrupları üzrə müsabiqədə azı 200 bal toplayan və hər fənn üzrə nisbi balı (istənilən bir fənn istisna olmaqla) ən azı 10 bal olan abituriyent iştirak edə bilər (dövlət sifarişi ilə vakant yerlərə ən azı 300 bal toplamaq lazımdır və hər fənn üzrə nisbi bal ən azı 10 olmalıdır).
Lakin elə ixtisas var ki, keçid balı 150 baldır. Bunlar "torpaqşünaslıq və aqrokimya", "meşəçilik", "daşınmaların təşkili üzrə mühəndis və nəqliyyatda idarəetmə", "meşə materialları texnologiyası üzrə mühəndis", "marketinq", "turizm və otel işi", "baytarlıq", "muzey işi"s.
İndiki kampaniyada yenilik ondan ibarətdir ki, abituriyentlər eyni vaxtda iki müxtəlif qrup üzrə 15 ixtisas kodu seçə bilər, təbii ki, əgər yaz və yay imtahanlarında iştirak ediblərsə.
Yeniliklərdə məqsəd nədir? M.Abbaszadənin sözlərinə görə, belə variant abituriyentlərin universitetə daxil olmaq şansını artırır, onlarda uğur qazanmağa əminlik yaradır. Lakin keçid və ya yuxarı bal toplamaq işin yarısıdır. Əsas öz şansını düzgün qiymətləndirməkdir ki, bu da təəssüf ki, hamıya nəsib olmur. Bu mərhələdə gənclərə düzgün məsləhət vermək lazımdır ki, bunu heç valideynlər də edə bilmir.
Belə vəziyyətdə köməklik göstərmək üçün DİM Bakıda (Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində) və regionlarda məsləhət mərkəzləri təşkil edib. Mərkəzlərin ekspertləri ora müraciət edənlərə bu və ya digər ali məktəblərdə ixtisaslar üzrə yerlərin sayı, həmin yerlərə iddiaçıların sayı, təxmini keçid balları barədə bilgi verirlər. Bu informasiya abituriyentlərə öz şansını götür-qoy etmək, düşünülmüış qərar qəbul etmək imkanı verir.0-
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
Rəy yaz