Zəfər Əhmədlinin saxlandığı yer məlum olub (YENİLƏNİB)
Bakı30.07.18/Turan: AXCP fəalı Zəfər Əhmədli iyulun 28-də Binəqədidə inzibati qaydada həbs edilənlərin saxlanma məntəqəsində saxlansa da bu barədə ailəsinə bu gün məlumat verilib. AXCP-dən Turan-a bildiriblər ki, bu gün Z.Əhmədlinin ailə üzvlərilə görüşü gözlənilir.
Xatırladaq ki, Z.Əhmədli bu il iyulun 27-də polislər tərəfindən saxlanılıb. Bir müddət sonra Xətai rayon polisinə parılıb, məhkəmə onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.
Z.Əhmədli inzibati qaydanı pozmaqda, polisin haqlı tələbinə tabe olmamaqda günahlandırılır.
Z.Əhmədlinin yaxınları isə bu ittihamı saxta adlandıraraq Z.Əhmədlinin inzibati həbsinə səbəb kimi onun sosial şəbəkələrdə stasuslarını göstərirlər.
Z.Əhmədli AXCP fəalı Fuad Əhmədlinin atasıdır. 4 il azadlıqdan məhrum edilmiş F.Əhmədli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. -0-
* * *
2018 İyul 30 (Bazar ertəsi) 13:22:44
Zəfər Əhmədovun saxlandığı yer barədə ailə üzvlərinə məlumat verilmir (YENİLƏNİB)
Bakı/28.07.18/Turan: Ötən gün həbs edilmiş AXCP fəalı Zəfər Əhmədovun ailə üzvləri onun taleyindən narahatdır. Onlara Z.Əhmədovun saxlandığı yer barədə məlumat verilmir.
Şənbə günü Xətai Rayon Polis İdarəsindən ailə üzvlərinə bildiriblər ki, Z.Əhmədov həmin idarədədir. Lakin yaxınları yemək gətirərkən onun orada olmadığını deyiblər.
Binəqədidə inzibati qaydada həbs olunanların saxlanma məntəqəsində də Z.Əhmədovun orada olmadığını bildiriblər.
DİN mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. X.Əhmədov siyasi məhbus Fuad Əhmədlinin atasıdır. Ötən gün məhkəmənin qərarına əsasən polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib.-06D--
* * *
2018 İyul 28 (Şəmbə) 12:48:05
Həbsdə olan Fuad Əhmədlinin atası həbs edilib
Bakı/27.07.18/Turan: AXCP fəalı Zəfər Əhmədliyə 30 sutka inzibati həbs cəzası verilib.
İyulun 27-də Xətai Rayon Məhkəməsində belə qərar çıxarılıb. Bu barədə AzadlıqRadiosu-na onun yaxınları məlumat verilib.
Z.Əhmədli küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılır.
Ancaq yaxınları deyir ki, ittiham saxtadır, Z.Əhmədlini evindən aparıblar:
"Bir neçə gündür Bakıda yox idi, bu gün (iyulun 27-də - red.) saat 3-də qayıdıb. Evə çatandan az sonra evə polislər gəlib. Qapını açmayıb. Evin işıqlarını kəsiblər. Zəfər Əhmədli evdən çıxanda aparıblar. Bu adam harda inzibati xəta törətdi?"
AXCP-dən bildirilib ki, Z.Əhmədlinin həbsinin gerçək səbəbi "Facebook" sosial şəbəkəsində yazdığı statuslardır. Onun son bir neçə gündəki yazıları əsasən, müğənni Zaranın Bakıya gəlişi və həbsdə olan bloqqer Mehman Hüseynovun xəstəxanada ağır vəziyyətdə olan anasıyla görüşünə icazə verilməsi haqda olub.
Z.Əhmədli həm də həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır.
F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsib. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlayıb.
F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.-0-
Cəmiyyət
-
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasından Milli Məclisin noyabrın 25-də keçirilən iclasında da bəhs edilib. Nazirlər Kabinetinin qərarında bu hal artıq ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının başa çatdığını elan etdiyi koronovirus pandemiyası ilə izah olunsa da, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc başqa səbəb göstərib. "Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o vurğulayıb.
-
Çərşənbə axşamı Baş Prokurorluq xaricdəki gəlirlərini gizlədən kənd təsərrüfatı məhsulları ixracçıları barəsində açılan yeni cinayət işləri haqqında məlumat yayıb.
-
Noyabrın 27-də Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir, bu barədə sinoptiklər məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
Rəy yaz