Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 132 il ötür
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 132 il ötür.
M.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşalaından siyasi fəaliyyətə başlayıb, 19 yaşında ikən “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradıb. O vaxtin qzəetlərində milli dərkin güclənməsinə əsas olan məqalələrlə çıxış edib.
1904-cü ildə M.Rəsulzadəni Stalinlə tanış edirlər və Stalin M.Rəsulzadənin başçılıq etdiyi dərnəyi bolşevik mübarizəsi cərgələrinə qoşmağa can atıb. Daha sonra M.Rəsulzadə Bakıda həbsə alınan Stalinin həbsdən qaçmasında önəmli rol oynayır.
Daha sonra M.Rəsulzadə “Hümmət” təşkliatının yaradıcılarından biri olur. Onun redktorluğu ilə “Hümmət” qəzeti nəşrə başlayır. 1904-1909-cu illər ərzində M.Rəsulzadə daha çox milli-maarifçilik cəbhəsində yazıları ilə fəlaiyyət göstərib.
1909-cu ildən başlayaraq çar Rusiyası M.Rəsulzadəyə qarşı təzyiqlərə başlayır və M.Rəsulzadə İrana gedir. İranda mşrutə inqilabının rəhbəri əfsanəvi Səttarxanla görüşür. İranda “Yeni İran” qəzetini nəşr edir. Elə həmin il bir qrup azərbacanlı ziyalı ilə İranda İran Demokrat partiyası yaradır. Çar Rusiyasının təzyiqlə M.Rəsulzadə 1911-ci ildə İrandan çıxmağa məcbur olur.elə həmin il bir qrup tərəfdaşı ilə Müsavat partiyasını qurur.
1913-cü ildən “Müsavat” partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir.
M.Ə.Rəsulzadənin bu dövrdəki çıxışlarında qaldırdığı “Azərbaycan ideyası” və “Azərbaycana muxtariyyət” şüarı İranda böyük narazılığa səbəb olur.
1918-ci il mayın 27də Gürcüstanda Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır. Elə həmin il mayın 28-də M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycan İstiqlalını elan edir. Həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti təşkil edilir. Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu 1918-20-ci illərdə M.Rəsulzadə dövlətin güclənməsi yönündə fəaliyyət göstərir.
1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən rus-erməni hərbi birliklkərindən azad edilir azad edilir və paytaxt olur.
1920-ci ilin aprelində bolşeviklər Azərbacanı istila edəndən sonra təqib və həbslərə məruz qalır, daha sonra Moskvaya aparılır və bir müddət burada nəzarət altında yaşayır.
1922-ci ildə Finlandiyaya oradan isə Türkiyəyə keçir. Ömrünün sonuna kimi, yəni 1955-ci il martın 5-nə kimi müxtəlif xarici ölkələrdə yaşamağa məcbur olur və Azərbaycan uğrunda mübarizəni son nəfəsinə kimi davam etdirir.
Hər il 31 yanvarda olduğu kimi, bu gün də M.Rəsulzadə Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi qarşısında anılıb.
Siyasi partiyalar, ictimaiyyət təmsilçiləri abidənin ziyarətinə gəliblər. Müxalifət liderləri burada çıxışlarlnda M.Rəsulzadənın müasir Azərbayca dövlətçiliyinin yaradılmasında müstəsna rolundan danışıblar, hazırki iqtidarın onun xidmətlərinin kiçiltmək cəhdlərini qınayıblar.
Eyni zamanda əminliklə bildirilib ki, M.Rəsulzadənın azadlıq və demokratiya ideyaları Azərbaycanda bərqərar ediləcəkdır.
-05D-
-
- İqtisadiyyat
- 31 Yanvar 2016 12:54
-
- Cəmiyyət
- 31 Yanvar 2016 19:43
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz