Ölkədə insan haqlarının pozulması gənclərin qısametrajlı film süjetlərində

 

Bazar ertəsi Media Hüquqları Mərkəzi (MHM) “Park.İNN” otelində gənclərin insan haqları sahəsində yaratdıqları qısametrajlı süjetlərə dair dair təqdimat mərasimi keçirib.
 
Mərkəzin rəhbəri Mətanət Müslümqızı bildirib ki, layihə ABŞ-ın Demokratiyaya Milli Yardım Fondunun (DMYF) dəstəyi ilə həyata keçirilib. Layihənin davam etdiyi bir il ərzində gənclər insan haqlarının pozurlması haqda 10 qısametraflı süjet hazırlayıblar. Bu filmsüjetlərdə Azərbaycanda söz, mətbuat, sərbəst toplaşmaq, mülkiyyət azadlıqlarının Azərbaycanda kobud şəkildə pozulması, korrupsiyanın tüğyan etməsi, ailələrdə övladlara seçim azadlıqlarının verilməməsi, qadın hüquqlarının məhdudluğu, sosial bərabərsilzik halları əksini tapıb. Filmsüjetlər  qısa müddətli olmasına baxmayaraq, onların hər birinin üzərində 5- 7 ay iş gedib. 
 
Qeyd olunub ki, anadan olan uşağa cəmi 74 manat müavinətin verildiyi halda “Eurovision-2012”  müsabiqəsinə milyonlarla vəsait xərclənir. Ölkədə 60 mindən çox vətəndaşın evinin, mənzilinin sökülməsilə mülkiyyət hüququnun əlindən alındığı halda dövlət başçısının Dubayda övladına 77 milyon manata mülklərin alması vurğulanır. Ölkədə cəmi 2 müxalif fikirli qəzetin olması söz azadlığının boğulmasının nümunəsi kimi təqdim olunur. Ailədə uşağın oyun üslubundan tutmuş peşə, ailə seçiminə valideynlərin müdaxilə etmələri nəzərə çatdırılır. Ev işlərinin çoxluğunun qadınlara ictimai həyatda iştiraka maneçilik yaratdığı önə verilir.  
 
Bir süjetdə xalqın haqlı narazılıqlarının önünə polis qüvvələrinin çıxarılması xüsusi olaraq əksini tapır. Belə ki, söz, sərbəst toplaşmaq, mülkiyyət, fikir plüralizmini müdafiə etmək istəyənlərin önünə polis “sus” işarəsilə çıxır.
 
Filmsüjetlərin nümayişindən sonra ekspertlər süjetlər barədə fikirlərini açıqlayaraq onların müsbət və mənfi tərəfləri barədə danışıblar. Sonda gənc yaradıcılara diplomlar təqdim olunub.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti