SDİ-nin ofisi polis nəzarətindədir
Sülh və Demokratiya İnstitutunun (SDİ) Nizami küçəsi, 63 ünvanda yerləşən ofisinə ötən gecə kənar şəxslər müdaxilə ediblər. Qeyd edək ki, həmin binada Qadın Krizis Mərkəzi (QKM) və Minalar Əleyhinə Azərbaycan Kampaniyası da yerləşir.
QKM-nin rəhbəri Mətanət Əzizova Turan-a bildirib ki, aprelin 28-də ofisdən axırıncı o çıxıb və işıqları söndürüb.
Təxminən saat 01:00-da SDİ direktoru Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun hava limanında saxlanması barədə məlumat yayılandan sonra QKM-in eksperti, psixoloq Azad İsazadə ofisə gəlib, lakin polis və mülki geyimli şəxs onu içəri buraxmayıb.
Həmin vaxt ofisdə işıqlar yanmayıb. Lakin saat 03:00-a yaxın SDİ və digər QHT-lərin əməkdaşları yenidən ofisə gələrkən otaqların birində işığın yandığını görüblər. Bu o deməkdir ki, ofis polis tərəfindən əhatədə olan zaman kimsə oraya daxil olub. Aprelin 29-da səhərə yaxın ofis əvvəlkitək polisin nəzarətində olub.—06В-
-
- Bazarların icmalı
- 29 Aprel 2014 14:09
-
- İqtisadiyyat
- 29 Aprel 2014 15:11
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz