Avropa İttifaqı Ukraynaya 11 mlrd. avro ayıracaq
Avropa İttifaqı Ukraynaya maliyyə yardımı göstərməyə hazırdır, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildirib.
“Bu gün Avropa Komissiyası Ukraynaya maliyyə yardımı paketini müəyyən edib, buna əsasən ölkə bir neçə il ərzində 11 mlrd. avro ala biləcək”, deyə o açıqlama verib.
Barrozu bu vəsaitin həm Avropa İttifaqının büdcəsindən, həm də Avropa maliyyə qurumları tərəfindən ayrılacağını deyib.
Dünən energetika üzrə Avropa komissarı Günter Ettinger bəyan edib ki, Avropa İttifaqı Ukraynaya Rusiya qazı üçün olan borclarını ödəməyə və energetika sektorunda islahatlar aparmağa kömək etməyə hazırdır.
Ukraynanın baş naziri Arseni Yatsenyukun sözlərinə görə, martın 4-nə ölkənin Rusiyaya ümumi borcu 2 mlrd. dollar təşkil edir.
Bir müddət əvvəl Ukraynanın Beynəlxalq Valyuta Fondundan maliyyə yardımının ilk hissəsi kimi 3 mlrd. dollar almağa ümid etdiyi bildirilib. BVF nümayəndə heyəti artıq Kiyevə gedib. Martın 4-dən 14-nə qədər fond nümayəndələri Ukrayna iqtisadiyyatına maliyyə yardımı ayrılması zərurətini qiymətləndirəcəklər.
Yatsenyukun sözlərinə görə, Ukraynanın nazirlər kabineti kredit almaq üçün BVF-nin bütün şərtlərini yerinə yetirməyə hazırdr. “Hökumət fondun bütün şərtlərini yerinə yetirəcək, çünki başqa çıxış yolu yoxdur”, deyə baş nazir qeyd edib. -02D-
-
- Siyasət
- 5 Mart 2014 16:22
-
- Söz istəyirəm
- 5 Mart 2014 16:46
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz