Constitution of Turkey

Constitution of Turkey

AKP iqtidarının konstitusiya hüquqçusu, ölkənin idarə sisteminin dəyişdirilməsinin ilhamvericisi, professor Burhan Kuzunun keçən ilin noyabrında 65 yaşında vəfat etməsindən sonra “konstitisiya dəyişikliyi” təklifləri tədavülə ilk dəfə Kuzu olmadan daxil edildi.

Pərdənin arxasında iki nəfərin olmasından söhbət gedir (biri Sorosun keçmiş Türkiyə nümayəndəsi, o biri isə Qarsın “saf qan kommunistlərindəndir) və əvvəlki təkliflərdən fərqli olaraq bu dəfəki dəyişiklik həmləsinə konkret referans da göstərilir: 1921-ci ilin konstitusiyası.

Türkiyənin ən ədalətli hüquqçularından biri olan keçmiş ədliyyə naziri, professor Hikmət Sami Türk fevralın 19-da “Cumhuriyet” qəzetindəki məqaləsində 1876-cı ildə qəbul edilən ilk konstitusuyadan üzü bəri əsas qanunda edilən dəyişiklikləri təsvir edərək ən çox dəyişikliyn son 18 ildə AKP iqtidarları tərəfindən həyata keçirildiyini yazıb. Ona görə gəlinən mərhələdə iqtidarın konstitusiyadan şikayət etməsinə əsas olmamalıdır. Bu baxımdan yanaşanda, demək, konstitusiyanın dəyişdirilməsi məsələsinin gündəmə gətirilməsinin və birbaşa 1921-ci il konstitusiyasının referans göstərilməsinin arxasında başqa səbəblər axtarmaq lazımdır.

Hansı səbəblər ola bilər? Birinci səbəb - təbii ki, siyasi mahiyyətli olub bu dəfə idarəçiliyin  funksional formasından yox, ideoloji formasından söhbət gedəcək. Bir müddətdən bəri ölkədəki qütbləşmənin iqtidar-müxalifət məcrasından çıxaraq dünyəvi-dini qütblərinə ayrıldığına diqqət çəkmiş iqtidarın məhz bu sahədəki “məşqlər”in  sayını artırdığını və öz ətrafındakı konsolidasiyanı bu məcrada sıxlaşdırmağa çalışdığını qeyd edirdik. Yeni konstitusiya tələbini də bu çərçivədə dəyərləndirmək laızm gəlir;  çünki 1982-ci ildə hərbi xuntanın hazırlatdıraraq xalqa 91.7%-lə qəbul etdirdiyi konstitusiyanın bugünkü iqtidara əngəl törədəcək heç bir maddəsi yoxdur. Qüvvədə olan konstitusiyanın ilk 4 maddəsinin ən vacib 3 cəhəti isə dünyəvi və sosial dövlət prinsipi, rəsmi dilin türkcə olması və “din” qrafasının olmamasıdır. “Rəsmi dil” qrafasına  ikinci bir dil də yazılarmı, yazılmazmı - onu demək çətindir, ancaq “dünyəvilik” və “din” məsələlərinin müzakirəyə açılmasının iqtidara hava və su qədər lazım olması gün kimi aydındır.

Milli azadlıq mübarizəsinin ortasında, başında Mustafa Kamal Paşanın durduğu və İstanbul sarayını tanımağa  Ankara hökumətinin hazırladığı müvəqqəti 1921-ci il konstitusiyasının referans göstərilməsinin əsas məqsədi də o müvəqqəti konstitusiyada “Dövlətin dini islamdır” sözlərinin yazılmasıdır.

Nə qədər qəribə olsa da “dünyəvilik” çizgisində olmayan bugünkü kürd təmayüllü siyasət də çox vaxt 1921-ci il konstitusiyasını referans göstərərək kürdlərin orada daha çox haqqa  sahib oluğunu  iddia edir. Yəni, “yeni konstitusiya” məsələsini və daha dəqiq desək, konstitusiyanın ilk 4 maddəsini gündəmə gətirməklə qalmayıb 1921-ci il konstitusiyasını “daha demokratik və cəmiyyət üçün daha birləşdirici” olduğunu iddia edən iqtidar  “kürd məsələsi”ni də ən az 19 il geriyə aparmağa və yenidən “müsəlman qardaşlığı” çizgisindən səs almağa çalışır.

Məclisdəki mövcud tablo ilə mümkün görünmür, ona görə  yeni konstitusiya üçün referenduma gedilməsi halında kürd mənşəli seçicilərin ən az yarısı üçün “din qardaşlığı” faktorunun mühüm rol oynacağını bilən mövcud iqtidar “1921-ci il konstitusiyası” parolasına güclü şəkildə referans etməyə çalışır. Bu prosesin haralara aparacağını indidən proqnozlaşdırmaq çətin olsa da reallıqda inkar edilə bilməyəcək durum isə din faktorundan getdikcə daha çox təzyiq və təbliğat ünsürü kimi istifadə edilməsidir.

Təxminən 2 ildən bəri mövcud dünyəvi sistemə sanki savaş açan və büdcəsi 8 nazirliyin birgə büdcəsindən çox olan Dini İşlər İdarəsi Vəqfinin (tamamilə dünyəvi dövlətdən maliyyələşir) həmlələrinə 2-3 aydan bəri Ayasofya məscidinin müəzzinləri də qatılaraq konstitusiyadan “dünyəvilik” maddəsinin çıxarılmasından bəhs edirlər. Bu istiqamətdəki ideoloji təbliğata bəzən dövlətin ən alt təbədəqəki məmurları dəstək verir, bəzən isə milli-azadlıq hərəkatına açıq şəkildə qarşı çıxmış din adamlarının (məsələn, İskilipli Atıfın) məzarı valilərin, siyasətçilərin, unversitet rektorlarının təbliğat məkanına çevrilir.

Nə olacaq: həqiqətən yeni konstitusiya yazılıb referenduma təqdim ediləcəkmi, yoxsa bu taktiki addımlar da qütbləşməni daha da gərginləşdirmək üçün atılır?

Bütün hallarda qərar  millətin olacaq: dünyəvi sistemin qalması da, getməsi də...

Mayis Əlizadə

Rəy yaz

Dünyada

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti