Türkiyə xəbər saytları “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşmasının bir-birinin ardınca ağır zərbələr alması haqda xəbər yayırlar.
Xəbərlərə görə, qruplaşma keçən ilin payızından çox hissəsini əlində saxladığı Suriyanın Türkiyə ilə həmsərhəd Kobani qəsəbəsindən bu günlərdə tamamilə çıxarılıb.
Daha sonra isə deyilir ki, Suriyanın şimalındakı Diyala şəhərinin çərşənbə axşamı səhər saatlarında İŞİD qüvvələrindən təmizləndiyi bildirilir. Bununla yanaşı verilən xəbərlərə görə, İraq ordu qüvvələri, kürd peşmərgə birlikləri İŞİD-in paytaxtı olan Mosul üzərinə ciddi hücuma hazırlaşır. Bununla birgə artıq İraq ordusu və peşmərgə qüvvələrinin Mosul şəhəri ətrafındakı əraziləri ələ keçirdiyini də nəzərə çatdırır.
Türk şərhçilər keçən ilin yayından dünyanın siyasət səhnəsinə “hay-küy”lə gələn İŞİD terror qruplaşmasının elə keçən ilin noyabrından bu yana tənəzzülə uğraması haqda şərhlər də veriblər. Onların fikrincə, İŞİD-in məğlubiyyətlərinin bir neçə səbəbi var. Şərhçilərə görə, İŞİD-in ələ keçirdiyi ərazilərdə insanlara qəddarlığına qarşı yaranan dünya birliyi koalisiyası bu məğlubiyyətdə həlledici rol oynayıb.
Son 3-4 ayda İraq siyasi hakimiyyətində və ordu quruculuğundakı dəyişikliklər, yerlərdə şiə və sünni məzhəbindən olan insanların həmrəyliyi kimi xüsusiyyətlər də bu məğlubiyyətləri reallaşdıran amillər sırasındadır.-05D-
-
- İqtisadiyyat
- 27 Yanvar 2015 13:56
-
- İqtisadiyyat
- 27 Yanvar 2015 14:12
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz