İSİD Türkiyə diplomatlarını sərbəst buraxıb
Türkiyə xəbər saytları İraqın Mosul şəhərində girov götürülən Türkiyə konsulluğunun bütün personalının sərbəst buraxıldıqları haqda məlumat yayıblar.
İyunun 11-də Mosul şəhərini ələ keçirən İraq Şam İslam Dövləti (İSİD) silahlı qruplaşması konsul Yılmaz Öztürk daxil olmaqla, konsulluğun 49 nəfərlik personalını girov saxlamışdılar. Konsulluğa 900 nəfərlik dəstə ilə hücum edən İSİD yaraqlıları diplomatları özləri lə naməlum istiqamətə aparmışdlar.
Türkiyə dövlət rəhbərliyi nümayəndələri vasitəsilə ötən vaxt ərzində qruplaşma təmsilçilərilə danışıqlar aparıb. İynun 12-si günorta saatlarında girovlar Mosul valiliyinə təqdim edilib. Axşam saatlarında onların Türkiyəyə yola salnması gözlənilir. -05D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz