![Türkiyə Mərkəzi bankı faizləri 6.25 bal artırıb](https://turan.az/resized/media/2018/main/091300013176-750-500-resize.webp)
Türkiyə Mərkəzi bankı faizləri 6.25 bal artırıb
Turan agentliyinin məlumatına görə, Türkiyə Mərkəzi bankı faizləri 6.25% bal artırıb.Bununla bağlı açıqlama Mərkəzi bankın Pul Siyasəti Şurasının sentyabrın 13-də keçirilən iclasından sonra verilib.Bu,Türkiyə Mərkəzi bankının iyul ayından bəri ikinci böyük faiz artımıdır.Bank təxminən 2 ay əvvəl faizləri 13 baldan 17.75 bala çıxarsa da pul və sərmayə bazarları faizləri təminedici görməmiş, nəticədə Türk lirəsi əcnəbi valyutalar qarşısında ciddi dəyər itirdiyi kimi,illik inflyasiya 20%-ə yaxınlaşmışdı.Mərkəzi bankın açıqlamasında "Pul siyasətinə dair qərarların bir müddət sonrakı nəticələrinin, maliyyə siyasətinin balanslaşdırma əməliyyatlarındakı iştirakının və inflyasiyanı gücləndirən səbəblərin yaxından izlənəcəyi" qeyd edilib.
Faizlərin 6.25% bal yüksəldilməsi Türkiyə Mərkəzi bankının ölkə prezdentindən kənar- müstəqil pul siyasəti yürütməyə çalışdığını göstərib.Uzun müddətdən bəri faizlərin aşağı səviyyədə olmasını istəyən prezident Erdoğan,faizlərin yüksək olmasının inflyasiyanı da yüksəltdiyini vurğulayır.Ancaq Mərkəzi bank prezident Erdoğanın bu yanaşmasını düzgün saymayaraq, bazardan gələn tələblərlə faizləri son 2 ayda ikinci dəfə yüksəldib.
Mərkəzi bankın Pul Siyasəti Şurasının iclasının davam etdiyi dəqiqələrdə Türkiyə Əməkçi Həmkarlar İttifaqları Konfederasiyasının toplantısında çıxış edən prezident Erdoğan, qiymətləri artıran şirkətləri nəzərdə tutaraq,"Əgər əxilik dövrü olsaydı, onların ayaqlarını falaqqaya salardılar"- deyib.Erdoğanın bu sözləri bir anda əcnəbi valyutanın məzənnəsinin yüksəlməsinə səbəb olub.
İqtisadiyyatdakı devalvasiyaçı və inflyasiyaçı meyllərin qabağını almaq üçün prezident Erdoğan həm bəzi qanunlarda dəyişiklik etdirib həm də özü bəzi fərman və sərəncamlar verib.Bu sahədəki ən radikal qərarlardan biri- 2016-cı ilin fevralında yaradılan Varlıq Fondunun rəhbərliyinin dəyişdirilərək Fondun prezidentliyinə Erdoğanın, vitse-prezidentliyinə isə Erdoğanın kürəkəni, maliyyə və xəzinə naziri Berat Albayrakın gətirilməsidir.İqtidar Türkiyənin bütün böyük dövlət şirkətlərinin daxil olduğu və 200 milyard dollar maddi gücü olan Varlıq Fondunun böyük layihələrə xaricdən kredit dəstəyi tapmaq üçün qurulduğunu bildirsə də bir çox iqtisadçı Varlıq Fondunun əslində "Borc ödəmə qurumu" kimi yaradıldığını vurğulayır.Varlıq Fondu 2.5 ildə heç bir təsirli addım ata bilməyib.
Mərkəzi bankın faizləri 6.25% artırmasına valyuta bazarı və birja müsbət reaksiya verib.Belə ki, qərarın açıqlamasından sonra İstanbul Birjasındakı dividentlər təxminən 3 min bal dəyər qazanıb,Türk lirəsi isə əcnəbi valyutalar qarşısında təxminən 4% qiymətlənib.
-
- İqtisadiyyat
- 13 Sentyabr 2018 16:26
-
- Cəmiyyət
- 13 Sentyabr 2018 17:10
Dünyada
-
Qazaxıstanın Daxili İşlər Nazirliyi xarici turistlər üçün yeni təhlükəsizlik təşəbbüsü tətbiq edib. Sərhəd nəzarətindən keçən hər bir qonağa xüsusi QR-kodlu kart təqdim olunur ki, bu da onları çoxdilli onlayn platforma olan SafeTravel.kz saytına yönləndirir.
-
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə birgə Fələstinlilərin Qəzzadan zorakılıqdan azad bölgələrə köçürülməsini dəstəkləyən əhəmiyyətli bir bəyanat verdi. Bu açıqlama, onların ətraflı müzakirələrindən əvvəl Ağ Evin mətbuat toplantısında verildi.
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
Rəy yaz